Koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hamilə qadının və körpəsinin həyatı xilas edilib - Kliniki Tibbi Mərkəz
29.03.2022 11:14

Rusiya-Ukrayna münaqişəsi səbəbilə yaşadığı Xarkov şəhərindən çətinliklərlə 9 günə Azərbaycana yol gələn və vətənə çatar-çatmaz koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hamilə qadının və körpəsinin həyatını Kliniki Tibbi Mərkəzin (KTM) həkimləri xilas edib.

 

Bu barədə Aztibb.az-a KTM-dan məlumat verilib.

 

Qeyd olunub ki, 1985-ci il təvəllüdlü ana mart ayının 17-də KTM-ə yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün yaranmış təhlükə aradan qalxmadığından təcili doğuşa qərar verilib və qadın təcili əməliyyata götürülüb.

 

Əməliyyatı icra edən Mərkəzin mama-ginekoloqu Şölə Səfərova bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub:

 

“Hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi. Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi.

 

Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu səbəbdən də evə buraxılırlar”.

 

Qeyd edək ki, ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır