Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu
16.07.2020 15:31

Koronavirus pandemiyası iqtisadiyyatın bir çox istiqamətlərinə ciddi zərər vurmaqla yanaşı, bir sıra sahələrin də önə çıxmasına səbəb oldu.

 

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

V.Bayramov bildirib ki, pandemiya dövründə avtomatlaşdırmaya marağın artması və bu sahələrdə irəliləyiş müşahidə olunur:

 

“Pandemiyanın davam edən aylarında, o cümlədən post-pandemiya dövründə xüsusən də avtomatlaşdırmaya önəm veriləcək. Bu isə pandemiya dövründə onlayn menecmentin daha çox inkişaf etdirilməsi məqsədini daşıyır”.

 

Deputatın fikrincə, pandemiya xüsusən ərzaq məhsullarının istehsalında qablaşdırmanın önə çıxmasına səbəb oldu: “Əvvəlki dövrlərdə açıq şəkildə satılan bir sıra ərzaq məhsulları artıq qablaşdırıldığından guman olunur ki, növbəti dövrlərdə də həm qablaşdırma, həm də qablaşdırma ilə bağlı dizayn sahəsinin inkişafı müşahidə olunacaq”.

 

V.Bayramov əlavə edib ki, onlayn xidmətlər də pandemiya dövründə önə çıxır. Bu sahə üzrə inkişaf davam edəcək:

 

“Onlayn təhsil, hətta internet vasitəsilə fərdi şagird və tələbə hazırlığı məsələsi önə çıxdı. Eyni zamanda bir sıra sektorlarda, xüsusən dərman peraparatlarının istehsalında bəzi məhsullara tələbatın artması müşahidə olunur və həmin məhsulların, o cümlədən strateji ərzaq məhsullarının və emal edilmiş, qablaşdırılmış məhsulların istehsalının da genişlənməsi müşahidə edilməkdədir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır