London COVID-19 virusuna qarşı milyonlarla doza peyvənd sifariş edib
07.09.2020 21:38

İngiltərə ilə İsveçin birgə “AstraZeneca” əczaçılıq şirkəti Böyük Britaniya hökumətinin sifarişi əsasında koronavirusa qarşı 30 milyon vaksin dozasının istehsalına başlayıb.

Aztibb.az LBC radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok deyib. “Biz artıq “AstraZeneca” əczaçılıq şirkəti ilə 30 milyon vaksin dozasının istehsalı üzrə müqavilə bağlamışıq və onlar peyvənd hələ təsdiqlənməmiş sifarişin istehsalına başlayıblar”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, peyvəndin istifadə edilməsi təsdiqlənən kimi Böyük Britaniya onu bazara çıxarmağa hazır olacaq. Bu, ən yaxşı halda cari ildə və gələn ilin ilk bir neçə ayı ərzində baş tutacaq. Bununla yanaşı, Mett Henkok Londonun digər beynəlxalq istehsalçılardan da vaksin aldığını təsdiqləyib.

 

Qeyd edək ki, “AstraZeneca” və Oksford Universitetinin COVID-19 infeksiyası əleyhinə hazırladıqları müştərək peyvənd hələ də Böyük Britaniya, Braziliya və Cənubi Afrika Respublikasında klinik sınaqlardan keçir.

 

“AstraZeneca”, həmçinin avqust ayında koronavirusun profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuş preparatın klinik sınaqlarına başlayıb. Sınaqlarda 18-55 yaş arası 50-yə yaxın könüllü iştirak edir. Ümumilikdə isə dünyada COVID-19 virusuna qarşı 100-dən çox vaksin üzərində iş aparıldığı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır