Həkim reportajı: İnsanlar kontrolu o qədər itirir ki, artıq həyatının məqsədini yeməkdə görürlər
01.01.2022 18:07
Çoxyemə xəstəliyi qida qəbulu pozuntuları arasında artıq son illərdə ilk yerlərdən birini tutur.
 
İnsanlar yemək qəbulu zamanı kontrolu itirir və həddən artıq miqdarda qida qəbul edir. Bu qida qəbulu kontrolsuz baş verdiyinə görə bəzən həftə ərzində davamlı olur. Çoxyemə pozuntusunun biz 4 növünü ayıra bilirik: yüngül, orta, ağır və çox ağır.
 
Bugünkü cəmiyyətimizdə həddən artıq çox pressinq altında yaşayırıq. Yəni stress, multifaktoral problemlər – ailə problemləri, hər hansısa bir işdə problemlər və ya sosio-mədəni problemlər bu xəstəliyə gətirib çıxara bilir.
 
Çox yeməkdən əlavə olaraq bu xəstəlik zamanı insanlar yediklərindən sonra yediklərinə görə böyük bir günahkarlıq hissi yaşayırlar: “Nəyə görə mən bu qədər çox yedim?”
 
Əlavə simptomlar kimi bəzən onlar ac olmayanda belə yeyirlər və ya yeməklərini gizlətmək, tək yeməyə meyillilik, yedikləri yeməklərin qablarını tullamaq və ya gizlətmək hallarına rast gəlinir.
 
Bu insanlar kontrolu o qədər itirir ki, artıq həyatının məqsədini yeməkdə görürlər.
 
Əsasən, azad olunma üsullarından biri də öz problemini anlamaqdır. Yəni insan qəbul etməlidir ki, bu problem məndə var.
 
Daha sonra düzgün rasionun qurulması. Əlbəttə ki, burada psixoloji yardımdan əlavə olaraq dietoloqun yardımı da vacib sayılır.
 
Daha sonra bu krizlərin baş vermə anında diqqətini dağıtmaq, yəni emosional faktorların altında əzilməmək üçün digər hansısa bir fəaliyyətlərlə məşğul olmaq olar.
 
Məsələn, hər hansısa bir beyin inkişafetdirici oyunlar, hər hansısa bir başqa bir işlə məşğul olmaq, kitab oxumaq, elementar krossvord işləmək kimi çox fərqli bir fəaliyyətlərlə məşğul ola bilərlər.
 
Və ən əsası cəmiyyətdəki “emosional pressinq”in altında əzilməmək üçün bu pressinqlə düzgün mücadilə aparmaq üsullarını psixoloqla keçməlidirlər.
 
Bundan sonra artıq qida qəbulunun normativləri müəyyənləşir. Artıq pasiyent qəbul qaydalarını bilir və əgər qəbul həftədə 10 dəfə idisə, artıq 5 dəfəyə, 4 dəfəyə, 3 dəfəyə düşür. Nəticədə normal qida qəbulu formalaşır.
 
Bu xəstəlik əfsuslar olsun ki, çox aktualdır və mütləq şəkildə professionalın müdaxiləsi vacib sayılır.
 
Psixoterapevt Aydan Xasməmmədzadə
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib