Analiz verərkən bunlara diqqət: Analiz öncəsi xətalar
31.12.2021 17:16

Müasir laboratoriyalarda tam avtomatlaşdırılmış cihazlar istifadə olunduğu üçün analitik xəta ehtimalı çox azdır. Daha çox analiz öncəsi xətalarla qarşılaşırıq ki, buna “pre-analitik faktorlar” səbəb ola bilir.

 

Aztibb.az xəbər verir ki, bu faktorlar aclıq, toxluq və günün saatıdır.

 

Bəzi testlər var ki, mütləq şəkildə acqarına verilməlidir. Aclıq tələb edən testlər mütləq şəkildə səhər saatlarında verilməlidir və həmin şəxs axşam saat 9-dan sonra heç bir qida qəbul etməməlidir (su xaric) və aclıq 12 saatı keçməməlidir.

 

Bu şərtlərə əməl edərək qanda aclıq qlükoza (yəni şəkər səviyyəsi) yoxlanıla bilər, həmçinin “lipid panel” dediyimiz testlər: bunlar xolesterol, triqleserid, HDL, LDL-dir. Həmçinin tiroid hormonu olan TSH hormonu səhər saatlarında acqarına verilməlidir.

 

TSH hormonunun yeməkdən 2 saat sonra qanda səviyyəsinin aşağı düşdüyünə dair bir çox elmi məqalələr mövcuddur.

 

Bəzi hormonlar var ki, bioloji ritm göstərir və günün səhər saatlarında qanda ifrazatı maksimum səviyyəyə çatır, axşama doğru isə qanda səviyyəsi azalır. Bu, “diurnal ritm” adlandırılır.

 

Diurnal ritm göstərən hormonların səviyyəsi səhər saatlarında yoxlanılması tövsiyə olunur. Məsələn, TSH, prolaktin, kortizol, AKTH kimi hormonlar səhər saatlarında ac qarnına verilməsi tövsiyə olunmaqdadır.

 

Bəzi testlər var ki, günün istənilən vaxtı verilə bilər. Qanda infeksiyaların skrininqi aparıldığı zaman, məsəl üçün, Hepatit B, Hepatit C, həmçinin COVID infeksiyasının skrininqi zamanı günün saatı önəmli deyil, aclıq tələb olunmur.

 

Həmçinin qanda təxmini 3 aylıq şəkər səviyyəsini göstərən qlükohemoqlobin testi də günün istənilən vaxtı verilə bilər və həmçinin aclıq tələb etmir.

 

Və bir çoxlarının verdiyi, müraciət etdiyi sual odur ki, Qanın ümumi analizi nə vaxt verilə bilər?

 

Qanın ümumi analizi günün istənilən vaxtı verilə bilər, həmçinin aclıq, toxluq şərt deyil.

 

Unutmayaq ki, analiz nəticələrinə: stress, yuxusuzluq, ağır fiziki iş, alkoqol və nikotin qəbulu da təsir edə bilməkdədir. Yaxşı olar ki, analiz vermədən öncə bu kimi faktorlardan uzaq durasınız.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib