Bir sual, bir cavab – Müalicəyə baxmayaraq təzyiq niyə enmir?
31.12.2021 11:51

Nəzərə alsaq ki, təzyiq xəstəliyindən müalicə alan xəstələrin sadəcə 1/5 lazım olan hədəfə, yəni 120/80 hədəfinə çata bilir, bu yəqin ki, onlar üçün çox aktual bir sualdır.

 

Təzyiq xəstəlik halına o zaman gəlir ki, arterial təzyiq 140/90-dan yuxarı olur. Əgər bundan yuxarıdırsa biz ona hipertoniya xəstəliyi deyirik və müalicə olunmalıdır. Tövsiyə olunan hədəf isə 120/80-dir.

 

Əgər təzyiqiniz 140/90-dan yuxarı olarsa, o zaman orqanizmdə qaçınılmaz zədələnmə prosesləri baş verəcək.Təzyiqin idarə olunması isə bir sıra səbəblərdən asılıdır.

 

İlk başda xəstənin dərman qəbul etməsində göstərdiyi diqqət önəmlidir. Xəstələr bəzən hansısa bir səbəbdən dərman qəbulunu saxlayırlar, bəzən istədikləri vaxt qəbul edirlər, bəzən bir müddət qəbul edən dərmanı kəsirlər. Bu da müalicənin effektivliyini aşağı salır.

 

Sonra qidalanma rejimi ikinci yerdə durur. Hər bir hipertoniya xəstəsinə bir siyahı verilir. Hansı yeməkləri yemək olar, hansı yeməkləri yemək olmaz? Amma bəzən xəstələr bu qaydaları pozurlar. Arterial təzyiqi yüksəldən müxtəlif qidalar istifadə edirlər. Məsələn, bura alkoqollu içkilərdir, siqaretdir, çoxlu duz qəbuludur və s.

 

Üçüncü yerdə isə xəstənin psixoloji vəziyyəti durur. Bəzi xəstələr gecə işində işləyir, bəzi xəstələrin gündüz işi gərgin olur, bəzi xəstələrdə müxtəlif psixoloji, psixiatrik və sair problemləri olur. Bunlar da nəzərə alınmasa, müalicə yetərsiz qalacaq.

 

Dördüncüsü isə, xəstəliyin periodik vizitlərə – yəni təkrar konsultasiyalara gəlməməsi olur. Xəstə düşünmür ki, 6 aydan bir yazılan təkrar müayinələr onun üçün faydalıdır. O, 6 ay ərzində bir az daha yaşlanmış olacaq, onun daha əlavə xəstəlikləri əmələ gəlmiş ola bilər və bütün bunlar da müalicəni effektsiz edə bilir.

 

İlk öncə həkimin məlumat bazası güncəl olmalıdır, yəni müasir olmalıdır. Dünyada təzyiq müalicəsi ilə bağlı hansı işlər görülür onu bilməlidir.

 

İkincisi təcrübəsi yetərli qədər olmalıdır. Yəni ki, xəstəni düzgün araşdırmalıdır, xəstəni bir bütün orqanizm kimi təsəvvür edib yanaşı xəstəliklər, təzyiq xəstəliyinin yaratdığı fəsadlar, bunların hamısını müayinə edib, aşkar edib və uyğun müalicə yazmalıdır.

 

Üçüncü başlıqsa texniki səbəblərdir. Bəzən müəyyən şirkətin müxtəlif ölkələr üçün də istehsal etdiyi dərmanlar fərqli keyfiyyətdə olur. Məsələn, başqa bir yerdə aldığı dərman daha yaxşıdır, amma Azərbaycanda aldığı daha zəifdir. Bu səbəblər də müalicə keyfiyyətinə təsir edir.

 

Amma xəstələr həmişə yadda saxlamalıdırlar ki, hər bir təzyiq kontrol altına alına bilir.

Kardioloq Əlirza Ağabəyli

 

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib