Həkim reportajı: Bayram günləri necə qidalanmalı?
31.12.2021 11:17
Öncə süfrənin bəzədilməsi işi başlayır. Bu xüsusda marketdən hansısa bir malı alarkən üzərində hədiyyə kimi təqdim olunan məhsullara diqqət yetirilməlidir. Yəni bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə baxmaq lazımdır.
Çünki zəhərlənmə, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra ishal, müxtəlif problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, yeməklərin və salatların hazırlanmasına diqqət etmək vacibdir.
Süfrənin bol çeşiddə bəzədilməsinə mənfi baxmıram. Amma bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır. Yəni süfrədəki qidaları qəbul edən şəxslərdə sonradan baş ağrıları, ürəkbulanmasına gətirib çıxarmamalıdır. Ona görə də süfrədəki yeməklərin hər birindən dadmaq istəyən insanlara kifayət qədər az qidalanmalarını tövsiyə edirəm. Çünki salatların, xörəklərin ardından şirniyyatlar, tortlar da qəbul olunur.
Salatların hazırlanması üçün mayonezdən istifadə şərt deyil. Biz mayonezli salatları xoşlayırıq. Daha çox da mayonez ağırlıqlı paytaxt, mimoza salatlarına üstünlük veririk. Belə ki, çox gözəl tərəvəz salatlarımız var və onları mayonezsiz də hazırlamaq mümkündür. Məsələn, kahı, kök, kələm, içərisinə bir az ton balığı, pomidor, xiyar da əlavə etməklə çox gözəl salat hazırlamaq olar. Kələm salatı deyəndə insanlara sadə gəlir. Amma kələmin üzərinə qarğıdalı və ya göy noxud əlavə etməklə çox gözəl salat hazırlamaq olar.
Ənginar, brokoli kimi məhsullardan dadlı salatlar hazırlana bilər. Ailədə qaraciyər xəstəliyindən əziyyət çəkən varsa, kələm və kərəvizdən də salat hazırlamaq mümkündür. Ümumiyyətlə, yağlı yeməklərdən kənar durmaq və sobada hazırlanan yeməklərə üstünlük vermək lazımdır. Qazlı içkilərin qəbulunu da məsləhət görməzdim. Daha çox təbii üsulla hazırlanmış kompotlara üstünlük verilməsi yaxşıdır. Əgər yeməkdən sonra çay içiləcəksə, limon salınması daha faydalı olar.
Bayram süfrəsindən sonraya qalmış yeməklərdən istifadə etmək də düzgün deyil. Xörəklər süfrədə bir-iki saat qaldıqdan sonra onun içərisində bakteriyalar inkişaf edir və daha sonra həmin yemək soyuducuya qoyulub təkrar yeyiləndə zəhərlənmələrə səbəb ola bilər. Xörəklərin az hazırlanması və istifadəsı yaxşı olardı.
Bayramdan sonra zəhərlənmə, ishal, baş ağrıları ilə bağlı müraciətlər olur. Bəzən çox qida qəbul etdiyimizdən səhər yuxudan qalxanda ağırlıq hiss edirik. Amma bütün salatlardan bol qəbul etdikdə mədənin həcmi az olduğundan halsızlıq, baş ağrıları yaranacaq.
Dietoloq Məlahət Kərimova
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

