Aztibb.az saytı qan donorluğunun inkişafına göstərdiyi media dəstəyinə görə təltif olunub
28.12.2021 17:32

Aztibb.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova respublikada qan donorluğunun inkişafına könüllü və təmənnasız göstərdiyi media dəstəyinə görə təltif edilib.

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə il ərzində respublikada qan donorluğunun inkişafına göstərdiyi media dəstəyinə görə bir sıra KİV nümayəndələri təltif olunublar.

 

Bu məqsədlə təşkil olunmuş mərasimdə öncə Qarabağın azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək son illər ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsi sahəsində məqsədyönlü işlərin görüldüyünü qeyd edib.

 

Həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müvafiq tapşırıq və tövsiyələri ilə gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsinin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə müxtəlif səpkili tədbirlərin həyata keçirildiyini, gənclərin ölkənin mədəni və idman həyatında fəal iştiraklarının təmin olunduğunu vurğulayıb.

 

Sədr çıxışının sonunda respublikada qan donorluğunun inkişafına göstərdiyi dəstəyə görə bir qrup media nümayəndələrinin  təltif olunduqlarını söyləyib.

 

Daha sonra “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov çıxış edərək qan donorluğunun çox faydalı və həssas sahələrdən olduğunu qeyd edib, bu sahəyə hər kəsin dəstək göstərməsinin vacibliyini önə çəkib:

 

“Burada ölkənin genefondunun gələcəyindən, yeni nəsillərin həyatda qalmasından söhbət gedir. Qan vermək həm də insanın mənəvi hisləri ilə bağlıdır. Bəzən hər hansı şəxs qan vermək istəsə də, buna uyğun olmaya bilər. Ona görə bu məsələlərə çox həssas yanaşırıq. İlk növbədə, insan sağlam olmalıdır”.

 

F.Əsgərov mərasim çərçivəsində təltif olunan mətbuat nümayəndələrinə respublikada qan donorluğunun inkişafına çalışmaq kimi nəcib addıma və təşəbbüskarlığa qoşulduqlarına görə minnətdarlığını ifadə edib.

 

“Jurnalistlər 1 il ərzində bizə dəstək olublar, fəaliyyətimizi təmənnasız şəkildə işıqlandırıblar. Bu, çox nəcib bir addımdır, eyni zamanda ən yüksək mükafat və qiymətə layiqdir. Media nümayədələri qarşısında hər zaman mənəvi borcumuz var”, - deyə o, əlavə edib.

 

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva öz çıxışında tədbirin təşkilində rolu olan hər kəsə təşəkkür edib. O, Azərbaycanda qan donorluğunun inkişafına töhfə verən ictimai birliklər, dövlət qurumları və KİV nümayəndələrinin əməyini yüksək qiymətləndirib. S.Babayeva qeyd edib ki, Azərbaycan jurnalistləri II Vətən müharibəsi dövründə də xüsusi fəallıq göstərərək ön cəbhədə baş verənləri operativ şəkildə ictimaiyyətə çatdırmış, ən qaynar nöqtələrdən reportajlar hazırlamışlar. Azərbaycan xalqı onların fədakarlığını və zəhmətini heç vaxt unutmayacaq.

 

Sonda bir sıra KİV nümayəndələri çıxış edərək “Qan Donorları Assosiasiyası” İctimai Birliyinə onların zəhmətini qiymətləndirdiyinə və “Təşəkkürnamə” ilə təltif etdiyinə görə minnətdarlıqlarını ifadə ediblər. İctimai Birliyə bu çətin, şərəfli və məsuliyyətli işdə uğurlar arzu ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır