Ağrıkəsici deyib keçməyin. Toksik təsirlər, qanamalar, xroniki ağırlaşmalar yaradır
26.12.2021 22:03
Bədənin hər hansı yerində olan problem ağrı kimi üzə çıxır. Ağrının hansı orqandan qaynaqlanmasından asılı olmayaraq bəzən yüngül bir narahatlığın, bəzən də xərçəng kimi ciddi xəstəliklərin xəbərçisi ola bilər.
 
Aztibb.az xəbər verir ki, belə hallarda, həkim nəzarəti olmadan qəbul edilən ağrıkəsici dərmanlar uzun müddət istifadə edildikdə mədə və onikibarmaq bağırsaqda xora, qastrit, qanama və mədə deşiyinədək bir çox problemlərə səbəb ola bilər. Ağrıkəsici dərmanlar mədə və bağırsaqdan başqa qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər. Buna görə də ağrıkəsicilərin istifadəsində diqqətli olmaq lazımdır. Çünki baş verən narahatlıqlar sizin səhhətinizə ciddi təsir edə bilər.
 
Ağrılar insanda ilk dəfə də baş verə bilər, xroniki hal alaraq illərlə davam edən problemə də səbəb ola bilər. Bu cür səbəblərdən bir çox xəstələr ağrılarını aradan qaldırmaq üçün ağrıkəsici dərmanlara müraciət edir. Bütün dünyada yayılmış dərmanlar arasında ağrıkəsicilər birinci yerdədir. Ağrıkəsicilər təsir maddələrinə görə qruplara bölünür.
 
Bəzi xəstələrdə ağrıkəsici istifadəsindən sonra çox zaman yüngül, bəzilərində isə güclü həzm problemi yaranır. Bəzi vaxtlar isə mədə, onikibarmaq bağırsaq qanamalarına səbəb olur. Odur ki, bədəndə yaranan yüngül bir ağrıya görə həmin dəqiqə dərman istifadə etməyin. Ağrının şiddəti çox deyilsə, səssiz, qaranlıq bir otaqda yatmaq, rahatlandırıcı bitki çayı içmək, başı soyuq olmayan dəsmalla sarımaq və ya açıq havada yerimək məsləhətdir. Əgər xəstədə ağrıdan başqa qusma, görmədə zəiflik kimi əlamətlər varsa, bu, beyin xəstəliklərinə işarədir. Bu cür vəziyyətdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
 
Bütün dərmanlar qaraciyərdə metabolizə edildiyi üçün ya dərmanın özü, ya da metabolitləri qaraciyər hüceyrələri, öd yolları və ya qaraciyərin damarlarında arzuedilməz əks təsirlər yarada bilər. Bunu toksik hepatit də adlandırmaq olar. Toksik hepatit səbəbindən bəzi xəstələr xronik hepatit, qaraciyər serrozuna tutula və ya qaraciyər komasına düşə bilər.
 
Ağrıkəsicilərdən istifadə etmək hamiləlik zamanı da risklidir. Çox nadir səbəbləri çıxmaq şərtilə hamiləlikdə analoji dərmanlardan istifadə etmək olar. Bu cür dərmanlar körpənin qidalanmasında cavabdeh olan qan damarlarının da qapanmasına səbəb olur.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib