Tez-tez yaranan aclığın qarşısını almaq üçün MƏSLƏHƏTLƏR
26.12.2021 20:22
Havaların soyuq keçməsi və oturaq işlə əlaqədar açıq havaya çıxmaq imkanları azalır, nəticədə insulin mübadiləsi pozulur və bir çox insanda tez-tez yemək istəyi yaranır.
Aztibb.az xəbər verir ki, yuxu pozğunluğu və az su içmək də bu problemə yol açır.
Həmçinin insulin metabolizmasındakı dəyişikliklər və şəkər xəstəliyi kimi sağlamlıq problemləri ilə yanaşı, gündəlik həyatda edilən bəzi yanlışlar da tez-tez yemək istəyini artıra bilər.
Bədənə daxil olan enerji sərf edilmədikdə, bu, insan orqanizmində piylənməyə səbəb olur. Piyləndikcə isə iştaha artır və daha çox yemək yeyilir.
Keyfiyyətli yuxu yaxşı metabolizm üçün vacibdir. Bədənin ritmini pozan həyat tərzində sirkadiyalı ritm pozulduğundan hormonların fəaliyyəti də pozula bilər. Gecə çox gec yatıb günorta oyanmaq da bədən ritmini pozan ən əhəmiyyətli faktordur.
Gec yatanlar və gec oyananlar adətən müntəzəm yemək yemirlər və onların tez-tez yemək istəyi xüsusən də gecələr çox yüksək olur.
Müntəzəm yemək yesələr də, bir çox insan tez-tez ac qalmaqdan şikayətlənir. Yalnız salat yemək və şorba içmək əsas yeməklərdə kalori ehtiyacını qarşılamır. Bu, yeməkdən qısa müddət sonra yenidən aclığa səbəb ola bilir.
Gündəlik karbohidrat ehtiyacının maksimum 10 faizi sadə karbohidratlardan alınmalıdır. Nə qədər sadə karbohidratlar istehlak edilərsə, şirniyyata ehtiyac bir o qədər çox yaranır. Bir porsiya desertdə adətən 50-60 qram karbohidrat var ki, bu da yetkin bir qadının gündəlik sadə karbohidrat miqdarının təxminən 3 qatına bərabərdir. Həftədə ən çox iki dəfə şirniyyat yemək tövsiyə olunur.
Yalnız zülal və ya karbohidratlardan ibarət yemək tez aclığa səbəb olur. Yaxud yalnız ət, salat və ya makaron yemək çox vaxt enerji və karbohidrat çatışmazlığına gətirib çıxarır, buna görə də yeməkdən 1-2 saat sonra yenidən yemək istəyi yaranır. Adekvat və balanslı yemək üçün sağlam boşqab modeli tətbiq edilməlidir.
Hər şeydən əvvəl aclığın fiziki yoxsa emosional olduğunu müəyyən etmək lazımdır. Duygusal aclıq birdən baş verir və yemək istəyi artır. Qəfil mətbəxə gedib bir şey yemək əvəzinə ilk növbədə aclığınızı dəyərləndirməlisiniz. Əgər siz süfrədən yeni qalxmısınızsa, ən yaxşısı bir şey yemək əvəzinə su içmək və diqqətini başqa işlərə yönəltməkdir. Əgər son yeməkdən 3-4 saat keçibsə, zülalı olan meyvə və ya tərəvəz yemək lazımdır.
Susuzluq bəzən aclıq kimi hiss edilə bilər. Gərgin günlərdə aclıq və susuzluğu ayırd etmək çətin olur. Belə olduqda kifayət qədər maye qəbulu ilə bu vəziyyətin qarşısını almaq olar. Lakin çay və qəhvəni su istehlakı kimi düşünməməliyik. Bitki mənşəli çaylar, meyvə suyu, mineral sular və ayran su qrupuna daxildir.
Sağlamlıq üçün çoxlu maye içmək qədər vacib olan digər bir məqam isə həmin mayelərin tərkibidir. Şəkərli və şirinləşdirilmiş mayelər insulin ifrazını artır. Gün ərzində nizamlı və tez-tez şəkərli içkilər qəbul etməkdən qətiliklə çəkinmək lazımdır.
Daimi hərəkət və məşq insulin ifrazını idarə etməkdə çox təsirlidir. Gün ərzində çox hərəkətsiz olmaq da insulin ifrazının artmasına səbəb ola bilir. Bunun qarşısını almaq üçün gündə 8 min addım atmağı və ya həftədə 2 saat idman etməyi hədəfləmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

