Yeni ştamın əsas əlamətləri - Hədsiz dərəcədə süstlük, halsızlıq və şiddətli baş ağrıları
03.12.2021 16:38

Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə noyabrın 24-də rast gəlinən COVID-19-un yeni variantı olan “omikron” ştamına yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və COVID-19-un yeni variantından qaynaqlanan riski yüksək qiymətləndirib.

 

Həkim-infeksionist Ramin Nəriman deyib: “Omikron” ştamının ölkəmizdə mövcud olması haqqında hələlik heç bir məlumat yoxdur. Verilən məlumatlara görə, bu ştamda əsas müşahidə olunan əlamətlər hədsiz dərəcədə süstlük, halsızlıq və şiddətli baş ağrılarıdır. COVID-19-un digər ştamlarında müşahidə olunan dadbilmə və qoxubilmənin itməsi, şiddətli sümük ağrıları, temperatur yüksəlməsi “omikron” ştamı üçün o qədər də xarakterik deyil. Digər ştamlarla müqayisədə yeni ştama yoluxma zamanı oksigenin düşmədiyi də deyilir. Bu isə çox vacib məqamdır”.

 

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam edir. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və çox sürətlə yayılan təhlükəli variantı olan “omikron” ştamından qorunmağın ən effektiv yolu vaksinasıyadır. Həkim-infeksionistin dediyinə görə, yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici peyvəndləmə aparılmalıdır:

 

“Buster” doza yalnız “omikron” ştamı üçün nəzərdə tutulmayıb. Yeni ştam yayılmamışdan əvvəl də “buster” dozanın vurulması dünya səhiyyəsində qəbul olunmuşdu. “Buster” dozanın vurulması bütün digər ştamlara qarşı mübarizə yollarından biridir. “Buster” doza gələcəkdə “omikron”dan başqa hansısa ştamların yaranacağı təqdirdə də onlara təsir edəcək. Ona görə də “buster” dozanın vurulması məsləhət görülür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib