İSİM COVID-19 ilə mübarizədə innovativ texnologiyalar tətbiq edir  
03.09.2020 12:37

Hazırda səhiyyənin qarşısında dayanmış əsas vəzifələrdən biri sağlamlıq haqqında müxtəlif maarifləndirici materialların yaradılmasıdır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev COVID-19 pandemiyasına qarşı mübarizə və ictimai sağlamlığın qorunmasında qabaqcıl rəqəmsal texnologiyalardan istifadə haqqında danışarkən bildirib.

 

Direktor İSİM-in təcrübəli həkimləri və Kommunikassiyalar şöbəsi işçilərinin məhz bununla məşğul olduqlarnı deyib. O, həmçinin hər il onlarla kitabçaların çap olunduğunu və bu prosesin rəqəmsal platformaları olan sosial şəbəkələr və mobil tətbiqlərdən istifadə etməklə optimallaşdırıldığını qeyd edib: "Bu məqsədlə peşəkar tibbi məlumatlarla dolu bir neçə veb sayt yaradılıb (məsələn, www.saglamliq.isim.az və www.tobaccocontrol.az). Mütəxəssislərimiz aktiv şəkildə sosial şəbəkələrdə səhifələri idarə edir, hər növ video çarxlar yaradır, onları video resurslarda yerləşdirir. Lakin, biz bunun kifayət olmadığını düşünüb, yeni onlayn rəqəmsal televiziya layihəsi üzərində işləyirik. Bu layihəni həyata keçirmək üçün orijinal ssenarilər üzərində çəkilmiş onlarla video çarxlarımız var və eyni zamanda yeni 2D və 3D animasiya filmlərinin yaradılması üzərində işləyirik”.

 

COVID-19 pandemiyasının İSİM-in planlarına təsirindən danışan mərkəz rəhbəri qeyd edib ki, artıq bu ilin fevralında Səhiyyə Nazirliyinin əmrinə əsasən, mərkəzin mütəxəssisləri koronavirusun yayılmasına qarşı mübarizədə fəal iştirak etməyə başlayıb. Onlar ÜST-ün materiallarını tərcümə edib, müvafiq mövzularda kitabçalar hazırlayıb və paylayıblar, İnternetə müxtəlif materiallar yerləşdiriblər.

 

Həmçinin koronavirusla mübarizəyə həsr olunmuş ölkədə ilk www.covid-19.isim.az veb saytı, COVID-19-un qarşısının alınması və klinikası haqqında məlumat verən onlayn-çat, CDC alqoritmi əsasında bu xəstəliyin diaqnozunu qoymağa kömək edən bir internet çat-bot yaradılıb. Bundan əlavə, həkimlər və tibb bacıları üçün infeksiya nəzarəti və reanimasiya əsaslarına həsr olunmuş video çarxlar çəkilib, onlayn təlimlər və veb-seminarlar hazırlanıb. UNICEF ilə əməkdaşlıq çərçivəsində sosial şəbəkələrdə bir çox material yerləşdirilib, canlı yayımlar təşkil olunub. Daha sonra Qəhrəman Haqverdiyev BMT İnkişaf Proqramı və Səhiyyə Nazirliyinin dəstəyi və Ezgil Medical Technologies-in əməkdaşlığı ilə yaradılan İSİM-in son layihə haqqında bəhs edib. Söhbət həkimlərə COVID-19 xəstələrə məsafəli konsultasiya vermək imkanı yaradan “Video Doktor” adlı tətbiqi haqqında idi.

 

Daha sonra Qəhrəman Haqverdiyev İSİM-də ən çox yayılmış qeyri yoluxucu xəstəliklərə qarşı mübarizədə kömək edən bir neçə mobil tətbiqin hazırlandığını da deyib: "Bundan başqa, mərkəzin mütəxəssisləri ictimai səhiyyə mövzusunda elektron jurnal yaradıb. Onun ilk sayı İSİM tərəfindən bu yaxınlarda keçirilən ümummilli sorğuların nəticələri əsasında hazırlanmış elmi məqalələrə həsr olunub. Risk amillərinin araşdırılması (WHO STEPS), Məktəbli uşaqların sağlamlıq davranışlarının araşdırılması (HBSC), Gənclər tərəfindən tütündən istifadə (GYTS) və s."

 

İSİM-in direktoru innovasiya məhsullarının yaradılması və təbliği zamanı qarşılanan çətinliklərə də toxunub: “Bizim məqsədimiz məhsullarımız haqqında məlumatı bütün səhiyyə işçilərinə çatdırmaqdır ki, onlar da aktiv şəkildə istifadə etsinlər. Hazırda İSİM-in yaratdığı məsullardan gənc həkimlər olduqca fəal şəkildə istifadə edir, lakin xəstələr bunu çox nadir hallarda edir. Məsələn, mərkəzin istifadəyə verdiyi başqa bir “Şəkərli Diabet” tətbiqindən istifadə edərək, xəstələr hər gün vəziyyətləri haqqında məlumatı müalicə edən həkimlərinə göndərməli, pəhrizlərini və qanda şəkər səviyyələrini tənzimləmək üçün “çörək kalkulyator”-undan istifadə etməlidir. Bu ürək xəstələri üçün nəzərdə tutulmuş “Ürəyinizi Qoruyun” tətbiqinə də aiddir. Buna baxmayaraq, Qəhrəman Haqverdiyev qeyd etdi ki, son vaxtlar əhali arasında mərkəzin inkişafına maraq artmaqdadır, xüsusilə də bu siqaretdən imtina etmək istəyənlər üçün yaradılmış “Tütündən İmtina Et” və qida kalkulyatoru olan “Saqlam Qida” adlı mobil tətbiqlərə aiddir".

 

İSİM-in maliyyələşdirilməsindən danışan Qəhrəman Haqverdiyev rəhbərlik etdiyi mərkəzin dövlət təşkilatı olduğunu və müvafiq olaraq, vəsaitin büdcədən ayrıldığını qeyd edib: "Həmçinin, mərkəzin uzunmüddətli tərəfdaşları olan UNDP, WHO, UNICEF və UNFPA kimi beynəlxalq təşkilatların maddi dəstəyi daim hiss olunur. “Bəzi proqramları kompüter sistemlərinin yaradıcıları ilə əməkdaşlıqda və ya startap şəklində yaradırıq. Məhsullarımızın çoxu pulsuzdur və onlardan istifadə etmək üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir".

 

Mərkəzi rəhbəri onun rəhbərliyi altında fəaliyyət göstərən qurumun əməkdaşlarının gündəlik vəzifələrini yerinə yetirmə prosesində son texnologiyalı məhsullardan istifadə etdiklərini deyib. O müntəzəm işlərin kompüterləşdirilməsini “obyektiv zərurət” adlandırıb.

 

Q. Haqverdiyev bildirib ki, “COVID-19" virusunun yaratdığı pandemiya innovativ texnologiyalara ehtiyac olduğunu bir daha nümayiş etdirdi: "Əminəm ki, koronavirus epidemiyası ilə mübarizə hamımızı son qələbəyə gətirəcək, o cümlədən bizim rəqəmsal məhsullarımızın sayəsində. Gəlin, müasir rəqəmsal texnologiyaların bizə verdiyi bütün imkanlardan istifadə edib, hər zaman sağlam və pozitiv qalmağa çalışaq!".

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb