Uşaqlarda gizli təhlükə - Tiroid 
30.11.2021 13:02

Tiroid vəzinin az çalışması - hipotireoz, həddən çox çalışması - hipertireoz, həcmcə böyüməsi isə ur və ya zob adlanır. Uşaqlarda ən çox az çalışma - hipotireoza rast gəlinir.

 

Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, uşaq  anadan olduqdan sonra istənilən yaşda tireoid pozğunluğu yarana bilir və ən çox hipotireoz və ur (zob) əmələ gəlir. Bu isə çox vaxt yod çatmamazlıgı və yaxın qohumlar arasında evlilik zamanı baş verir.

 

Hətta yeni doğulmuşlarda tiroid çalışması az olanlarda diaqnoz vaxtında qoyulmazsa uşagın beyninin inkişafının geriyədönməz dəyişikləri baş verir ki, bu da həyati vacib sayılır. Bu səbəbdən bütün dünyada uşaq anadan olandan 72 saat sonra hipotireozu aşkarlama testi aparılır.

 

Şubhəli və müsbət testi olan uşaqlar bu sahənin həkimləri tərəfindən daha geniş müayinə olunub müalicəyə başlanılır. Əgər bu test uşaqlarda aparılmazsa və həmin uşaqlarda hipotireoz olmuş olsa belə uşaqların beynində geridönməz dəyişiklər əmələ gəlməyə başlayır.

 

Anadangəlmə hipotiroidli uşaqların bir qismində tiroid vəzi ana bətnində ikən heç inkişaf etməmiş və ya normal inkişafdan çox geri qalmış olur. Yəni belə uşaqlarda anadangəlmə bir orqanın inkişaf qüsuru olur.

 

Uşaqlarda beyinin inkişafı üçün ilk üç il, əlaxüsus ilk 6 ay çox vacibdir. Bu dövrdə beyindəki sinir hüceyrələrinin sağlam inkişafı üçün tiroid hormonlarının kifayət qədər səviyyədə olması əsas şərtdir.

 

Uşağın hipotiroidi varsa beyin hüceyrələrinin inkişafı pozulur və ömürlük ağıl zəifliyi meydana çıxır. Bu xəstələrə sonradan tiroid hormonu verilsə belə inkişaf etmiş beyin qüsuru geri dönülməzdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib