Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan tədbir keçirilib
25.11.2021 15:38
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı mümayəndəliyi tərəfindən 18-24 noyabr - Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş "dəyirmi masa" təşkil edilib.
 
Aztibb.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd maraqlı tərəfləri bir araya toplayaraq sözügedən mövzu ətrafında müzakirələr aparmaq və əhali arasında maarifləndirmənin səviyyəsini artırmaq üçün səmərəli həll yollarını müəyyənləşdirmək olub.
 
Tədbirdə ÜST, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsiziliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məsul əməkdaşları iştirak ediblər
 
"Dəyirmi masa"da antimikrob preparatlara qarşı davamlılıqla mübarizədə insan, heyvan və ətraf mühiti ehtiva edən vahid sağlamlıq yanaşmasına dair müzakirələr aparılıb.
 
ÜST-ün Azərbaycandakı nümayəndəsi, Dr. Hande Harmancı açılış nitqi ilə çıxış edərək Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
 
Daha sonra ÜST-ün Avropa üzrə regional ofisinin Antimikrob preparatlara qarşı davamlılığa nəzarət üzrə proqram rəhbəri, Dr. Danilo Lo Fo Vonq və FAO-nun Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin heyvan sağlamlığı üzrə aparıcı mütəxəssisi Eran Raizman  antibiotiklərin düzgün istifadəsi və vahid sağlamlığın əhəmiyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.
 
Qeyd edək ki, antibiotiklərə qarşı davamlılıq üzrə milli fəaliyyət planı üzərində iş başlasa da, pandemiya səbəbindən təxirə salınıb. COVID-19 dövründə antibiotiklərin istifadəsinin artdığı müşahidə olunur. Bu səbəbdən müxtəlif qurumları bir araya gətirərək plan üzərində işi yenidən başlamaq və yekunlaşdırmaq böyük əhəmiyyət daşıyır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır