Hamilələrin peyvənd olunması niyə vacibdir?
17.11.2021 13:51

Ana olmağa hazırlaşan qadınlar hamiləliyin 12-ci həftəsində yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurdura bilərlər. Ana südündən körpəyə COVID-19 xəstəliyi keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə ötürülə bilər. Ona görə də COVID-19 infeksiyasına yoluxan analar körpələrinə süd verərkən tibbi maskadan istifadə etməli və gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

 

Bu sözləri mama-ginekoloq Nərmin Muradova deyib.

 

Həkim-mütəxəssis bildirib ki, ana bətnində olan körpələrdə COVID-19-a yoluxma faktı aşkar edilməyib:

 

“Bir müddət sonra uşaqda COVID-19 virusunun aşkarlanması doğuş sonrası kontaktla əlaqələndirilir. Hamilə qadınlarda immunitet daha aşağı olduğu üçün onların COVID-19-a yoluxma riski daha çoxdur. Ona görə də hamilələrin immunitetinin gücləndirilməsi və vaxtında peyvənd olunması tövsiyə edilir. Koronavirusa yoluxmuş hamilələrin müalicəsi digər xəstələrdə olduğu kimi aparılır və effektiv olur. COVID-19 əleyhinə peyvənd olunanlar həm özlərini, həm də bətnlərindəki körpələrini qorumuş olurlar. Bu, həmçinin süd verən analara da şamil edilir. Ana hətta peyvənd vurdurduğu gün belə körpəsinə süd verə bilər. Dünyanın əksər ölkələrində hamilə qadınların və süd verən anaların peyvənd olunduğunun şahidiyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib