Diabet qarşısı alına bilən xəstəlikdirmi?
12.11.2021 20:05
Cəmiyyətimizdə böyrək çatışmazlığının ən mühüm səbəbi şəkərli diabetdir. Dializ xəstələrinin yarısında şəkərli diabet var. Diabet korluğa, ayaq amputasiyasına da səbəb olan xəstəlikdir.
Diabet ictimai sağlamlıq problemidir
Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, infarkt keçirən xəstələrin 50 %-də şəkərli diabet var. Nəzarətsiz yüksək qan şəkəri bu xəstələrdə ürək çatışmazlığının ən əhəmiyyətli səbəblərindən biridir. İnsult keçirən xəstələrin əksəriyyətində diabet var. Bütün bu xəstəlikləri nəzərə alsaq, diabet əslində sosial sağlamlıq problemidir.
Bu, təkcə xəstənin yox, onun bütün yaxınlarının həyat standartlarına təsir edən sosial problemdir.
Dünyada aparılan araşdırmalar nəticəsində şəkərli diabetin yayılma nisbətinin yüksəldiyi müşahidə edilir. Ona görə də bu xəstəliyinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Keçmişdə diabetin inkişafının qaçınılmaz bir problem olduğu düşünülsə də, indi məlumdur ki, diabetin qarşısını almaq, gecikdirmək və hətta geri qaytarmaq mümkündür.
Yağlı qidaların qəbulu diabetə səbəb olur
Təəssüf ki, 2-ci tip diabetin inkişafının ən mühüm səbəbləri piylənmə, yəni çəki artımı və hərəkətin məhdudlaşdırılmasıdır. Bundan əlavə, qeyri-sağlam qidalanma vərdişlərini də buna aid etmək lazımdır.
Aparılan araşdırmalara görə, şəkərli diabetin inkişafının qarşısının alınmasında, hətta onun tərsinə çevrilməsində ən vacib məsələ insanların kökəlməməsidir. Əgər onlar obezdirlərsə, kilo itkisi nəticəsində şəkərli diabet geri qayıda bilər və şəkər səviyyəsi normallaşa bilər.
Piylənmə ilə mübarizə diabet müalicəsinin təməl daşıdır. İkincisi, texnologiyanın inkişafının bizə verdiyi ən mühüm problemlərdən biri də oturaq həyat tərzimizdir. Diabet xəstəliyinin bu qədər artmasının ən mühüm səbəblərindən biri qeyri-sağlam qidalanmadır.
Sosial-iqtisadi səviyyəsi aşağı olan insanların yüksək karbohidratlarla qidalanması, iqtisadi səviyyəsi yüksək olanların isə həm karbohidratlı, həm də yağlı qidalardan istifadə etməsi piylənməyə, nəticədə şəkər xəstəliyinin tezləşməsinə səbəb olur.

Odur ki, şəkərli diabetin qarşısının alınmasında sosial maarifləndirmənin artırılması, sağlam qidalanmanın öyrədilməsi və oturaq həyatdan qurtulması diabetin inkişafını azaldacaq. Bu mövzuda maarifləndirmə işlərinə ibtidai və orta məktəb dövründə başlanmalıdır.
Diabetin qarşısını almaq üçün bir sıra dərman müalicəsindən istifadə edilə bilər. Bu cür dərmanlar hər kəs üçün eyni şəkildə və ya eyni dozada istifadə edilmir. Buna görə də bu məsələ ilə bağlı qərarı xəstəni izləyən həkim tətbiq etməlidir.
Bu epidemiyanın qarşısı alınmazsa, bu xəstəliyin müalicəsində istifadə olunan dərmanlara və yaranan fəsadların müalicəsi üçün aparılan müalicələrə görə çox məsrəf xərclənəcək.
Bütün bu səbəblərdən diabetin qarşısının alınması və ya gecikdirilməsi üçün hər cür işlərə dəstək verilməli, bu mövzu ilə bağlı sosial layihələr dəstəklənməlidir.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

