Altıncı xəstəlik – Roseola Infantum
07.11.2021 23:16
Bir neçə gün yüksək hərarətlə irəliləyən və sonra dəri səpgiləri ilə özünü göstərən altıncı xəstəlik virusların səbəb olduğu və adətən 6 aydan 3 yaşa qədər uşaqlarda müşahidə olunan xəstəlikdir.
Aztibb.az xəbər verir ki, 9-21 aylıq uşaqlarda tez-tez rast gəlinən bu xəstəlik daha çox yaz və payız aylarında baş verir. Bu xəstəliyə tutulan uşaqlar xəstəliyə qarşı ömürlük immunitet qazanırlar. Xəstəlik boyu yüksək hərarət ailələr tərəfindən lazımsız olaraq yüksək dozada antibiotik istifadəsinə səbəb ola bilər.
Hansı yaş qrupunda uşaqlarda rast gəlinir?
Xüsusilə yaz və payız aylarında daha çox rast gəlinir. Altıncı xəstəliyə qarşı hələlik peyvənd hazırlanmayıb və onun törədicisi “Herpes virus tip 6” adlı virusdur.
Altıncı xəstəlikdə ən əhəmiyyətli simptom səpgilər görünənə qədər yüksək hərarətdir. Uşağın hərarəti 39 -39,5 dərəcəyə qədər yüksələ bilər. Əllərdə və ayaqlarda yüngül qançırlar və titrəmələr ola bilər. Bəzən qızdırma səbəbiylə qıcolma da . Bunlara əlavə olaraq baş ağbaş verir.
Ürəkbulanma, qusma, diqqətin yayınması, huşunu itirmə meydana gələ bilər. Uşağın kifayət qədər maye qəbul etmədiyi hallarda dəridə quruluq, gözlərdə yüngül çökmə və halsızlıq müşahidə olunur.
6-cı xəstəlikdə səpgilər bədəndən başlayır və sonra qollara yayılır. Səpkilər növünə görə digər xəstəliklərdən fərqlənir, görünən kimi 2-3 saatdan sonra solmağa başlayır, 2-3 günə yox olur, iz qoymur.
Öskürən və ya asqıran xəstə uşaq tərəfindən yayılan damcılar yoluxmaya səbəb ola bilər. Xəstəlik körpələr üçün böyük risk yaradır, çünki ötürülmə tənəffüs yolu ilə olur.
Xəstəliyin qarşısını almaq üçün ümumi gigiyena qaydalarına riayət edilməlidir. Əllər yaxşı yuyulmalı, körpənin təmasda olduğu hər şey dezinfeksiya edilməlidir. Xüsusilə ağzına götürdüyü bütün əşyalar təmizlənməlidir. Virus orqanizmə daxil olduqdan sonra adətən reproduktiv dövr üçün insan orqanizmində orta hesabla 9 gün qalır.
Xəstəlik necə müalicə olunur?
Xəstəliyin xüsusi müalicəsi yoxdur. Ancaq qızdırmanı azaltmaq üçün müdaxilə edilə bilər. Xəstəlik zamanı uşaq çoxlu maye qəbul etməli və yaxından təqib edilməlidir.
Hər hansı bir xəstəlikdə olduğu kimi, qidalanma çox vacibdir. Uşaqlar xəstələnəndə iştahı azalır. Ailələr bu vəziyyətlərdə böyük səbr göstərməlidirlər.
Daim temperaturu ölçməli, uşağa yaxından qulluq etməli, onlara bol maye, təzə meyvə şirəsi, kokteyllər, eləcə də şorbalar hazırlayıb verməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

