COVID-19-la bağlı mühüm araşdırma: Etnik mənsubiyyət ölüm riskinə təsir edir
05.11.2021 13:02

Oksford Universitetinin yeni araşdırması genetik faktorların COVID-19-a yoluxma və ölüm riskinə birbaşa təsir etdiyini ortaya qoyub.

 

Araşdırma ağciyər membranındakı hüceyrələrin COVID-19 infeksiyasına təsirini dəyişdirən bir genin olduğunu müəyyən edib. Başqa sözlə, araşdırmaya görə, etnik mənsubiyyət koronavirusun insanda vurduğu ziyana birbaşa təsir edir.

 

Aztibb.az xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetindəki xəbərə görə, pandemiyanın ikinci dalğasında Pakistan əsilli insanların COVID-19-dan ölmə ehtimalı Avropa mənşəlilərə nisbətən iki dəfə çox idi. Banqladeş əsilli olanlar üçün isə risk üç ilə dörd dəfə arasında olub.

Belə görünür ki, bəzi ölkələrin COVID-19 prosesini digərlərinə nisbətən daha ağır keçirmələrinin səbəbi genetik ola bilər.

 

Mütəxəssislər aşağı riskli genetik variantı daşıyan insanlarda hüceyrələrin virusa qarşı müdafiəsinin daha sürətli olduğunu, yüksək riskli genin isə vəziyyətin əksinə olduğunu bildiriblər. Eyn zamanda da yüksək riskli genin müdafiə mexanizmini daha da yavaşlatdığı, tənəffüs çatışmazlığı və ölüm riskini iki qat artırdığını qeyd olunub.

Oksford Universitetinin araşdırması yüksək riskli genin Cənubi Asiya irsinin təxminən 60%-i, Avropa mənşəlilərin 15%-i və Afrika və ya Karib dənizi irsinin yalnız 2%-i tərəfindən daşındığını müəyyən edib.

 

Tədqiqat nəticələri hələ təsdiqlənməsə də, peyvəndin paylanması və s. bu mövzularda bəşəriyyət üçün vacib addımların atılmasına təkan verəcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib