Uşaqların peyvəndlənməsi məcburi olacaq? - Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimovdan AÇIQLAMA
14.10.2021 11:31

Hər kəsə məlumdur ki, koronavirusun yayılmağa başladığı ilk vaxtlarda uşaqların bu virusu yüngül və simptomsuz keçirdiyi, xəstəliyin onlar üçün təhlükəli olmadığı qeyd edilirdi. Bu, valideynləri müəyyən qədər arxayın edirdi. Lakin son günlər bütün dünyada və Azərbaycanda uşaqların da koronavirus əleyhinə peyvənd olunması məsələsi aktuallaşıb. Necə oldu ki, belə bir zərurət meydana gəldi? Valideynlər belə olan halda nə etməldir?

 

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov Aztibb.az-ın bu məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, hazırda uşaqların peyvəndlənməsi məcburi deyil, valideynlərin istəyilədir. Dünyanın bir çox ölkələrində 18 yaşdan yuxarı  insanlara peyvəndlər vurulub  və onlar virusdan qorunur. Artıq yeniyetmələr arasında da xəstəliyin artması gözlənilir:

 

“Bilirsiniz ki, məktəb və bağçaların açılması uşaqların daha yaxın təmasda olmalarına şərait yaradaraq, onların arasında virusun yayılma ehtimalını çoxaldıb. Bu səbəbdən uşaqlara da peyvəndlərin vurula biləcəyi düşünülür. Həmçinin nəzərə almaq lazımdır ki, çox nadir hallarda olsa da uşaqlarda da COVID-19 səbəbindən ağırlaşma, hətta  ölüm baş verə bilər”.

 

Pediatr açıqlamasında qeyd edib ki, bu 2 faktoru nəzər alaraq  - həm məktəblər bağlanmasın, təkrar qapanmalar olmasın, həm də uşaqlar koronavirusun ağır fəsadları ilə üzləşməsin deyə, onlara da peyvənd vurmaq zərurəti yaranıb.

 

“Uşaqları virusdan qorumaq üçün bir yol peyvəndləmədir”, - deyən həkim əlavə edib ki, daha kiçik – 12 yaşdan aşağı olan uşaqları qorumaq üçün isə böyüklər mütləq peyvənd olunmalıdır. Eyni zamanda maska taxılmalı, şəxsi gigiyena qaydalarına riayət edilməli və sosial məsafə qorunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib