Görünüşcə xoş “ölü” çörək, yoxsa çovdar çörəyi – İkinci yazı
04.10.2021 11:59

Çovdar bitkisi müəyyən mənada həm də dərman bitkisidir. Xalq təbabətində onun kəpəyindən ishala və qəbzliyə qarşı istifadə edilir. Çovdarın tərkibində bioloji aktiv maddələr – B1, B2, B3, PP, E və digər vitaminlər var. Buğdaya nisbətən çovdarda B2 və E vitaminlərinin miqdarı daha yüksəkdir.

 

Aztibb.az hansı çörək növünün sağlamlıq üçün əhəmiyyətli olması, eləcə də çövdar çörəyin bilmədiyiniz faydaları haqqında yazını təqdim edir.

 

Artıq hamıya məlumdur ki, gündəlik qida rasionuna daxil olan ağ undan bişirilən çörəklərin tərkibi əsasən qlüten və nişastadan ibarət olur. Belə çörəklər hazırlanarkən xəmir süni mayalarla qıcqırdılır, bu da insan orqanizmində müəyyən fəsadlar törədir.

 

Dənin üyüdülmə və çörəyin bişirilmə texnologiyası təkmilləşdikcə buğdanın qabığı tam çıxarıldığından nəticədə dən kəpəkdən tam ayrılır. Belə undan hazırlanan, görünüşcə xoş görünən, iştah artıran ağ çörək gündəlik qida rasionumuza daxil olur.

 

Şərqi Avropada, ABŞ, Kanada və bir çox ölkələrdə çovdardan nişasta, sellüloza, bioloji aktiv maddələr, həmçinin kvas, pivə, cin, araq, viski və s. sərinləşdirici və spirtli içkilərin hazırlanmasında istifadə olunur. Çovdardan alınan sərinləşdiricici içkilər insanlarda maddələr mübadiləsinin tənzimlənməsinə, həzmin normallaşmasına və qan-damar sisteminin yaxşılaşmasına kömək edir.

 

Əvvəllər kəndlərdə su və yel dəyirmanlarından istifadə edilirdi və un kəpəkli olduğundan rəngi tünd olurdu. Ancaq ondan hazırlanan çörək həm dadlı, həm də ətirli olurdu. Belə çörəklər hazırlanan zaman xəmirin qıcqırmasında adətən təbii mayalardan istifadə edilirdi və bu səbəbdən də onlar uzun müddət xarab olmurdu. Hər evin öz mayası olurdu və onu başqasına verməzdilər.

 

Hazırda isə çörək yalnız nişasta və zülala malik undan və süni maya ilə hazırlanan qıcqırmış xəmirdən ibarət olub yüksək temperaturada bişirilir. Hər üç amil orqanizmə ziyan vurur.

 

 

 

Kəpəkli çörəkdə zülal və nişastanın miqdarı ağ çörəkdəki kimi çox olmur və kəpəyin tərkibində insan sağlamlığı üçün faydalı olan bütün qida maddələri qalır. Təsdiqlənib ki, emal zamanı təbii vitaminlərdən məhrum olan una sonradan vitaminlər əlavə etdikdə belə, ilkin keyfiyyəti bərpa etmək mümkün olmur.

 

Faydaları saymaqla bitməyən çovdar çərəyinin bəzi zərərlərinə də rast gəlinməkdədir. Orqanizm çovdar çörəyinin vitaminlərini və faydalı mikroelementlərini buğda unundan hazırlanan çörəkdən daha yavaş emal edir. Bu da mədədə əlavə stress yaradır. Buna görə yalnız çovdar çörəyindən deyil, bəzən ağ çörəkdən də istifadə tövsiyə olunur.

 

Bundan əlavə, çovdar çörəyi kilo vermək üçün təsirli sayılsa da, həddindən artıq istehlak kökəlməyə səbəb olur. Bu çörəyi çox istehlak etmək orqanizmdə dəmirin udulmasını azaldır.

 

Respublikamızda fermerlər tərəfindən çovdarın becərilməsinə az önəm verilir. Bu da istehsal olunan məhsulun qiymətinin aşağı olması, satışındakı problemlərlə, emal müəssisələrinin kifayət qədər olmaması ilə əlaqədardır. Halbuki, çovdar çörəyinə əhalinin ehtiyacı böyükdür.

 

Çovdar respublikaya əsasən kənardan idxal olunur. Bu səbəbdən də çovdar çörəyinin qiymətinin baha olması onun hamı tərəfindən istehlakına imkan vermir. Çovdar çörəyi adı altında satılan çörəklərin keyfiyyəti isə çox zaman qənaətbəxş olmur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib