Niyazi Eminov: Azərbaycanda koronavirusa qarşı müalicə çox yüksək səviyyədə təşkil olunub – AÇIQLAMA
30.09.2021 22:09

Bir müddət öncə koronavirusa yoluxaraq sağalmış həkim, ümumi cərrahiyyə uzmanı Niyazi Eminov bu gün müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. 

 

Niyazi Eminov Aztibb.az-a açıqlama verib. O, Mərkəzi Gömrük Hospitalında müalicə aldığı müddətdə burada göstərilən xidmətlərin keyfiyyəti, aparılan müalicələr barədə təəssüratlarını bölüşüb:

 

"ECMO cihazına qoşulma zərurəti yarandığından atam tərəfindən ölkə Prezidenti cənab İlham Əliyeva müraciət olundu. Prezidentin göstərişinə əsasən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun və Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovun səyləri nəticəsində 86 saturasiya ilə Mərkəzi Gömrük Xəstəxanasına köçürüldüm”.

 

Klinikada reanimasyon xidmətlərin olduqca yüksək səviyyədə təşkil olunduğunu vurğulayan N.Eminov peşəkar həkim kollektivi sayəsində qısa müddət ərzində reanimasiya müalicəsinin tamamlandığını deyib. Reanimasiyada qaldığı üçün hazırda əzələ zəifliyi şikayətlərinin olduğunu bildirən N.Eminov bununla bağlı Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müalicəyə başladığını da qeyd edib.

 

“Fiziki aktivliyin tam bərpası üçün müəyyən qədər vaxt tələb olunur. Yaxın zamanda həkimlik fəaliyyətimə qayıdacağımı düşünürəm”.

 

“Azərbaycanda koronavirusa qarşı müalicə çox yüksək səviyyədə təşkil olunub”, - deyə bildirən N.Eminov müalicə zamanı aparılan kompleks tədbirlərin heç bir ödəniş olunmadan həyata keçirilməsinin dövlətimizin insanlara olan qayğısının nəticəsi olduğunu qeyd edib.

 

Həkimin sözlərinə görə, hələ 90-cı illərdən başlayaraq Azərbaycan həkimlərinin xaricdə təhsil proqramları ilə digər ölkələrdə təhsil almalarına dövlət tərəfindən dəstək göstərilməsi nəticəsində ölkəmizdə tibbi xidmətlərin səviyyəsi inkişaf etmiş ölkələrdən geri qalmır. Əlavə edib ki, COVID-19-u ağır keçirmiş biri olaraq tamamilə sağalmağı ölkə səhiyyəsinin inkişafının bariz göstəricisidir.  

 

Qeyd edək ki, Niyazi Eminov 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb