Ege Universitetinin alimləri COVID-19-un ən çox mutasiya olunmuş genlərini tapıb
29.08.2020 00:59

Türkiyənin Ege Universitetinin Tibb Fakültəsinin Biostatistika və Tibbi İnformatika Bölümünün əməkdaşı, Dr. Aslı Suner Karakülah və İzmir Biotibb Genom Mərkəzinin bir qrup tədqiqatçısı tərəfindən koronavirusun ən çox mutasiya olunmuş genləri təyin edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, universitetin açıqlamasına görə, tədqiqat qrupu müxtəlif ölkələrdə xəstələrdən toplanan ümumilikdə 30 min koronavirus genomu məlumatının yer aldığı "Bütün Qrip Məlumatlarını Paylaşma Qlobal Təşəbbüsü" (GISAID) üzərində araşdırma aparıblar.

 

Açıqlamada Dr. Karakülah aparılan tədqiqatlar zamanı virusun təyin olunmuş dəyişikliklərinin genlərə eyni nisbətdə paylanmadığını və bəzi virusların digərlərindən daha çox dəyişdiyini təyin etdiklərini bildirib.

 

O, fikirlərinin statistik və bioinformatik analiz nəticələrinə əsaslandığını söyləyib: "Biz virusun özünü təkrarlamasında rol oynayan 'RdRp' və 'Nsp14' genləri ilə ağ ciyərə yapışan sünbül zülalındakı mutasiyaları izlədik. Bu mutasiyaları daşıyan virusların yayılma surətinin çox olduğunu və daha tez yoluxacağını düşünürük. Bu isə, koronavirusun dəyişkənliyini və mümkün yoluxucu təsirlərini proqnozlaşdırmağa imkan verir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır