Orqanizmin təbii şəfa sistemi – Kök hüceyrələr  Birinci yazı
11.09.2021 00:14

Kök hüceyrə nədir?

 

Kök hüceyrələr insanlarda bütün toxumalardakı damarların ətrafında yerləşmiş ana hüceyrələrdir. Toxuma zədələnəndə hüceyrələr aktivləşir, bir tərərfdən toxumaların bərpası üçün lazım olan böyümə faktorlarıni hərəkətə gətirir, diğər tərərfdən zədələnməş nöqtələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilirlər.

 

Aztibb.az kök hüceyrə nəqli və ya sümük iliyi nəqli olaraq bilinən, anadangəlmə xəstəliklərdən, xərçəng növlərindən bir çox ölümcül xəstəliklərə qədər istifadə olunan kök hüceyrə müalicəsi haqqında yazını təqdim edir.

 

Bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüzminlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.

 

Kök hüceyrələri sümük iliyi və qandan almağa çalışırdılar. Ancak kök hüceyrələrin insanın piy qatında sümük iliyindən 50 qat artıq olduğu kəşf edildi və hazırda bir su bardağı piy qatından oynaqları bərpa edə biləcək qədər kök hüceyrə alına bilir.

 

Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir.

 

Kök hüceyrə müalicəsi insanın özündən alınan və ya ona uyğun və ya yarım uyğun donordan alınan kök hüceyrələr xəstəyə transfer edilərək zədələnmiş orqan, toxumanın yenilənməsi, bərpa edilməsi ilə gedən müalicə metodudur.

 

 

 

Kök hüceyrələrin yağ toxumasından və sümük iliyindən çıxarılması prosesi xəstənin ağrı hiss etməməsi üçün yüngül sedasiya və lokal anesteziya altında aparılır. Alınan yağ toxumasındakı kök hüceyrələr steril şəraitdə süzülür və ayrılır. Təxminən 20-30 dəqiqə çəkən kök hüceyrə hazırlama prosesindən sonra əldə edilən təmiz kök hüceyrələr xəstəyə tətbiq olunmağa hazır olur.

 

Müasir tibbdə yeri

 

Kök hüceyrə xərçəngin bəzi növlərinin müalicəsində, anadan gəlmə qan xəstəliklərinin, bir çox nevroloji xəstəliklərin və oynaq xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir. Bundan əlavə kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə olunur.

 

Oynaq qığırdaqlarında sinir və qan damarları olmadığı üçün onların öz özünə bərpası mümkün deyil. Ona görə də oynaqların hərəkətinə yardımçı olan mayenin qurumağa başlaması əvvəllər heç bir müalicə üsulu ilə aradan qaldırıla bilmirdi. Lakin hazırda kök hüceyrə müalicəsi ilə oynaqlar və oynaqətrafı bağların müalicəsi mümkün olub.

 

Kök hüceyrə müalicəsi erkən qığırdaq zədələnməsi, ağrılı oynaqları olan, lakin əməliyyat üçün erkən olan və ya əməliyyat olunmaq istəməyən xəstələrdə qığırdaq zədələnməsinin inkişafını azaltmaq üçün istifadə edilir.

 

Hərəkət sistemi xəstəliklərində təməl olaraq 2 fərqli kök hüceyrə uyğulanması tətbiq edilir.

 

Piy qatından əldə edilən kök hüceyrə mayesi (süspansiyonu) SVF adlanır. Əhatə etdiyi kompleks hüceyrə birləşməsi sayəsində vücudumuzdakı 200 fərqli toxumaya cevrilə bilir. SVF kök hüceyrələr daxil edildiyi bölgəni oksigen və qida ilə təmin edərək o bölgədəki xəstə toxumaların hamısını bərpa edir.

 

Qarın piylərindən 200 cc (1 çay stəkanı ölçüsündə) lokal narkozla alınır. Bu piy kök hüceyrə laboratoryasına göndərilir. Sonra bu hüceyrələr iynə ilə müalicə ediləcək bölgəyə (diz oynağına, omba oynağına) yeridilir.

 

Kök hüceyrələri şəxsinin özündən və ya digər şəxsdən götürülə bilər. Digər şəxs donor adlanır. İnsanın özündən alınan kök hüceyrələrin özündə zədəli toxumaya köçürülməsinə autoloq nəql, digər donorlardan alınan kök hüceyrələrin xəstəyə köçürülməsinə isə allogen nəql deyilir.

 

Autoloq transplantasiyası insanın özünün kök hüceyrələrindən istifadə etmək prosedurudur. Bu transplantasiya metodu əsasən çoxsaylı myeloma və limfoma xəstələrində istifadə edilir. 

 

Tam uyğun allogen transplantasiya digər şəxsin tam uyğun kök hüceyrələrindən istifadə etmək prosedurudur. Bu xəstənin əsasən tam uyğun gələn bacı və ya qardaşlarından götürülür. 

 

Uyğun qohumluq əlaqəsi olmayan donor transplantasiya tam uyğun gələn bacı və ya qardaşı olmayan xəstələr üçün icra edilir. Bu milli və beynəlxalq sümük iliyi banklarında axtarış aparmaqla tapılır. 

 

Haploidentik transplantasiya tam uyğun gələn qardaş və ya bacısı olmayan və tez bir zamanda transplantasiyaya ehtiyacı olan xəstələr üçün yerinə yetirilir. Donor yarı-uyğun gələn bacı və ya qardaş, ana, ata və ya uşaqdır. Bu nisbətən yeni metoddur və təcrübəli mərkəzlərdə uyğun gələn qohumluq əlaqəsi olmayan donor transplantasiyası kimi effektiv ola bilər. 

 

 

 

Haploidentik kök hüceyrə transplantasiyası isə dünyanın yalnız bir neçə mərkəzlərində həyata keçirilən xüsusi transplantasiya metodudur. Bu metod tam olaraq donor tapma problemini aradan qaldırır və bununla gələcəyin transplantasiya metodu hesab edilir.

 

Haploidentik transplantasiyada 10/10 toxuma uyğunluğu tələb edilmir və xəstənin anası, atası, yarım-uyğun bacı və ya qardaşı və ya uşağı yarım-uyğunluq olduqda belə donor ola bilər. 

 

Kök hüceyrə müalicəsinin istifadə sahəsi kifayət qədər genişdir. Bir çox sahələrdə müvəffəqiyyətlə tətbiq edilir, bir çox sahələrdə də istifədəsi öyrənilir.

 

Kök hüceyrə müalicəsinin tətbiq sahəsi qeyd olunanlardan başqa, estetik cərrahiyə, nevrologiya, onkologiya, rekonstruktiv cərrahiyə, qan xəstəlikləri, irsi xəstəliklər və digər xəstəliklərdir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub