Koronavirusun yeni ştamı kliniki əlamətlərini dəyişib?
08.09.2021 10:04
Həssas bir dönəmdə yaşayırıq. Artıq öz istəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Arzulamadığımız halda koronavirus adlı bir kabusla iç-içəyik. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik.
Aztibb.az xəbər verir ki, ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun sözlərinə görə, koronavirusun yeni ştammı kliniki əlamətlərini dəyişib: "Əvvəllər alfa, belta ştamlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hazırda delta ştamı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər isə boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştamları üçün xarekterikdir".
Hazırkı durumun epidemioloji cəhətdən bir qədər gərgin olduğunu söyləyən ATU-nun Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev, bununla yanaşı, böyük bir təhlükə gözləmədiyini də vurğulayır. Bildirir ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir. Yaxın gələcəkdə nəticəsini görəcəyik: "Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır.
Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçirməsinə kömək edir. Müşahidələr də göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın".
Hər iki mütəxəssis canlı təmasları minimuma endirməyi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi, kütləvi tədbirlərə qatılmamağı məsləhət görür.
Ümumi qənaət belədir ki, vaksinasiyanı müvəffəqiyyətlə başa çatdırsaq, pandemiyanın bitəcəyinə böyük ümidlər bəsləyə bilərik.
Bu bölməyə aid digər xəbərlər
İnsanlar üçün ən təhlükəli H7N9 ştamı ABŞ-da 2017-ci ildən bəri ilk dəfə aşkar edilib
19.03.2025 | 11:25
Alimlər koronavirusun dinamikasının yeni modelini hazırlayıblar
30.03.2023 | 15:15
Ölümcül göbələk infeksiyası halları kəskin artır
21.03.2023 | 10:37
"Pfizer" peyvəndi kişilərdə sonsuzluğa səbəb ola bilər - AÇIQLAMA
19.03.2023 | 10:52
Tədqiqat: COVID xəstələrinin 59%-də orqan zədələnməsi görülüb
17.02.2023 | 09:41
İnfluenza 10 günə qədər yoluxucudur. Xəstəlik irəliləyərsə...
28.01.2023 | 17:08
Həkim-pulmonoloq: "Kraken" nə qədər təhlükəlidir?
23.01.2023 | 11:51
Son 20 ildə uşaqlar 46% daha çox antibiotik qəbul edib - Araşdırma
11.01.2023 | 21:46
Koronavirusun “Omikron” və ya digər ştamları necə müəyyən olunur? - Açıqlama
17.02.2022 | 14:43
Uşaqda COVID-19 testi mənfi olub, lakin bu əlamətlər varsa... - Valideynlərin DİQQƏTİNƏ!
03.01.2022 | 12:08
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

