Bir sual, bir cavab ­– Üz siniri iflici niyə yaranır?
07.09.2021 13:20

Üzün hər bir yarısının əzələləri beyin kötüyünün müvafiq yarısından başlanğıcını götürən üz siniri və ya 7-ci sinir adlanan sinir tərəfindən hərəkətə gətirilir. Üz sinirinin üz əzələlərindən başqa tüpürcək vəzlərinə, göz yaşı vəzinə və dilin ön hissəsinə (dad duyğusu) gedən incə şaxələri də vardır. Üz siniri iflici sözü gedən sinirin müxtəlif səbəbdən zədələnməsi nəticəsində üzün həmin yarısının əzələlərinin iflici, zəifləməsidir.

 

Üz sinirinin iflici üzün bir yarısının əzələlərinin işləməməsi nəticəsində digər yarısının əzələlərinin yığılması ilə üzün  (xüsusən ağız bucağının) sağlam tərəfə doğru çəkilməsi, həmçinin nitqin çətinləşməsi, iflicli tərəfdə gözün tam bağlanmaması, gözün yaşarması, qidalanma zamanı qidanın ağızdan tökülməsi  və s.kimi əlamətlərlə müxtəlif dərəcədə özünü biruzə verir.

 

Üz sinirinin bir şaxəsinin də dad hissiyyatına cavabdeh olması səbəbi ilə bəzi xəstələrdə dad hissiyyatının pozulması, xoş olmayan, məsələn, metal dadının hiss edilməsi kimi şikayətlər ortaya çıxa bilir.

 

Adətən sürətli inkişafa malikdir. Xəstələrin əksəriyyəti səhər yuxudan oyandığında, ayna qarşısına keçərkən üzün bir tərəfə doğru əyilməsinin şahidi olurlar və bunu insult (el arasında paralic kimi tanınan beyin qan dövranının pozulması) zənn edirlər. Bəzi xəstələr gün ərzində üzdə, ağız kənarında keyləşmə, su içərkən suyu ağızda saxlamaqda çətinlik çəkmə şikayətləri ilə xəstəliyi aşkar edirlər. Qulaq arxasında, boyunda ağrının olması da xəstəliyin başlanğıc əlaməti ola bilir, lakin çox zaman xəstələr tərəfindən gözardı edilir.

 

Xəstəliyin diaqnozunun qoyulması üçün çox zaman nevroloq tərəfindən ətraflı müayinə kifayət edir. Lakin üzün siniri iflicinə səbəb ola biləcək digər xəstəliklərə şübhə olarsa, diaqnozu dəqiqləşdirmək üçün laborator və funksional müayinə üsullardan da istifadə edilir.

 

Xəstəliyin müalicəsi medikamentoz və fizioterapiya vasitəsilə həyata keçirilir. Bu zaman xəstələrə soyuq havada baş və boyun nahiyələrinin isti saxlanılması, üz əzələləri üçün xüsusi gimnastik məşqlər, gözün açıq qalması zamanı göz quruluğunun aradan götürülməsi üçün göz damlaları istifadəsi  məsləhət görülür.

 

nevroloq Lalə Həsənova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib