Elektrik cərəyanı ilə müalicə üsulları ­– Elektroterapiya  Birinci yazı
06.09.2021 17:02

Müasir tibbi avadanlıqlar qədər insanlar iflicləri və revmatik ağrıları kəhrəbanın və elektrikli balıqların elektrik təsiri ilə müalicə edirdilər.

 

Aztibb.az fiziki müalicə və reabilitasiyada geniş istifadə olunan, elektrik cərəyanının sümük-əzələ sisteminə təsiri ilə aparılan elektroterapiya metodları haqqında yazını təqdim edir.

 

Xarici elektrik cərəyanının insan skelet əzələlərinə təsiri ilə bağlı ilk ciddi tədiqatalar L.Qalvani tərəfindən aparılıb. Sonralar elektrofizika və elektrofiziologiyanın elmi inkişafının nəticəsində əldə olunan nailiyyətlər sistemləşdirilərək yeni  müalicə üsulları tətbiq edilir.

 

Beləliklə, XIX əsrin axırlarında tibb elmində yeni istiqamət olan elektrik axının və elektromaqnit sahəsinin istifadəsi böyük imkanlar yaradır.

 

Elektroterapiya elektrik cərəyanının tətbiqinə əsaslanan müalicə üsuludur. Orqanizmə elektrik cərəyanının dozalanmış təsiridir. Müxtəlif mənşəli ağrıların aradan qaldırılması üçün təyin edilir. Müəyyən olunmuş cərəyan axını orqanizmə təsir edərək onun bütün sisteminin işini bərpa edir. Bu metodika insan bədəninin yüklü hissəciklərin təbii bir keçiricisi olması barədə biliyə əsaslanır.

 

Müasir dövrdə elektrik enerjisinin bütün növləri – qalvanik, sinusoidal, impuls, alçaq, orta, yüksək, ifrat yüksək tezlikli, interferens, statik gərginlikli və s. istifadə olunur. Cərəyanların bəzi növləri insan bədəninə elektrodlar və ötürücülər vasitəsilə birbaşa verilir, o biri növləri isə ötürücüsüz məsafədən verilir.

 

Fizioterapiyada müalicə prosesi orqanizmin qıcıqlandırma faktoruna cavab reaksiyasından başlayır. Məlumdur ki, orqanizmin cavab reaksiyası seçdiyimiz faktorun parametrlərindən asılıdır.

 

Məsələn, impuls cərəyanının 80-100-120-150 Hz olan tezlikləri ağrıkəsici effektinə malikdirlər. Ona görə ki, bu ritm və tezlik ancaq hissiyat sinirləri ilə qəbul edilir. Hansılar ki, ağrı impulsasiyasını keçirdir və beləliklə, cərəyan həmin axını ləngidir, nəticədə ağrı azalır. Hərəkət sinirlərini qıcıqlandırmaq və əzələni stimulyasiya etmək üçün ayrı ritm və tezlik tələb olunur.

 

Digər tərəfdən, əgər məqsəd ətraf mühitin stress təsirinə qarşı adaptasiyasını yüksəltmək və immuniteti möhkəmləndirməkdirsə, o zaman mərkəzi sinir sisteminə təsir göstərilir. Bunun üçün sinir, vegetativ, endokrin, immun nizamlanma mərkəzlərinin funksional aktiv zonalarına qıcıqlandırma faktorunun (cərəyanın) ayrı keyfiyyətindən istifadə olunur.

 

 

 

Toxumalarda cərəyanın axını bir neçə reaksiyalarla müşahidə olunur. Tərkibində suyu daha çox olan toxumalar (qan, limfa, əzələ, parenxima) daha yüksək elektrik keçiricilik keyfiyyətinə malikdilər. Bunun hesabına cərəyan daha dərin yerləşən strukturlara çatır.

 

Cərəyanın gedişi zamanı ionların hərəkəti istiqamətləndirilir, çoxsaylı biokimyəvi reaksiyalara təkan verir, metabolik proseslər yaxşılaşır. Hüceyrədaxili və hüceyrəxarici əhatədə bərpa prosesləri müalicədən sonra da uzun müddət davam edir. Orqanizm sağalmağa başlayır.

 

Müasir tibbdə təcrübəli həkimlər xüsusi cihazların köməyi ilə bütün mümkün xəstəliklərin müalicəsində elektroterapiya tətbiq edirlər. Elektroterapiya zamanı insan bədənində elektrik, maqnit və elektromaqnit sahələrinin stimulyasiyası ilə terapevtik və algezik nəticələr əldə olunur. Bu terapiya nevralogiyalarda, ifliclərdə, qıcolmalarda, əzələ atrofiyalarında, oynaqların revmatik zədələnmələrində və s. tətbiq edilir.

 

Elektroterapiyanın amplipuls, diadinamoterapiya, qalvanizasiya, dərmanlı elektroforez və elektrostimulyasiya kimi növləri istifadə olunur.

 

Fizioterapiyada elektroforez elektrik cərəyanı ilə müalicədə ən sınanmış və öyrənilmiş üsullardan biridir. “Elektroforez” termini iki hissədən ibarətdir. “Elektro” – elektrik cərəyanı və “forez” – yunan dilində “daşınma”, “köçürmə” deməkdir.

 

Elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edir. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay sonra müalicəni təkrar etmək olar.

 

Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə proseslərini normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır.

 

Dərman preparatlarının elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var. Bu zaman dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır.

 

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt vermir.

 

Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman az dozalarda effektli nəticə verir. Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.

 

 

 

Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədlə o, müstəqil şəkildə istifadə oluna bilər.

 

Bu müalicə üsulu uşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

 

Müalicənin məqsədindən asılı olaraq brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s. kimi dərman preparatları istifadə oluna bilər.

 

Müalicə seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz həkim-fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub