"Vaksinləri kombinasiya etmək, qarışdırmaq daha güclü immunitet yaradır" - Həkim-reanimatoloq
03.09.2021 14:32
Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb. Hazırda aktual olan sual: birinci doza "Sinovac" almışamsa, ikinci doza kimi "Pfizer" ala bilərəmmi?
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov bu suala aydınlıq gətirib.
 
"Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir. Buna görə tədqiqatlar da aparılıb", - deyə həkim bildirib. Əlavə edib ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq. Hətta tədqiqatda vektor+mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub.
 
Ş.Məmmədovun sözlərinə görə, "Delta" variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə "Sinovac" sonra "Pfizer" vurulması daha məsləhətdir, nəinki əvvəlcə "Pfizer" sonra "Sinovac". Həmçinin iki vaksinin kombin edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər