Şahin Məmmədov: "COVID-19 xəstələrinə immun sistemini yüksəldən dərmanların yazılması düzgün deyil"
01.09.2021 14:12
COVID-19 xəstələrinin müalicəsində immun sistemini yüksəldən dərmanların yazılması düzgün deyil. İmmunmodulyatorların koronavirus pnevmoniyasında müsbət effekti sübut edilməyib. Əvvəla, ona görə ki normal işləyən sistemə kömək etmək mümkün deyil. Problem varsa, müalicə olunmalıdır. Bir də onun zəifləməsinin qarşısını almaq olar.
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov bu barədə məlumat paylaşıb.
Həkimin sözlərinə görə, immun sistemin gücünü artırmaq heç bir dərmanla mümkün deyil. Bu, ümumiyyətlə mümkün deyil. Üstəlik biz bilmirik immun sistemin güclü, yoxsa zəif olması COVID-19 zamanı işimizə yarayır ya yox: "Leykosit sayı artsa, fayda verəcəkmi? Xatırladım ki, xəstələrin pisləşməsinin bir səbəbi də sitokin fırtınasıdır. Bu halda immun sistem törədiciyə qarşı həddən artıq reaksiya verərək ağciyər toxumasını özü zədələyir, xəstə daha da ağırlaşır. Sitokin fırtınasının qarşısını almaq üçün həkimlər hətta məcburən immun sistemi zəiflədən bahalı tocilizumab (aktemra) yazırlar".
Ş.Məmmədov əlavə edib ki, immun sistemi zəif olan xəstələrdə sitokin fırtınası olmur deyə bəzən paradoksal olaraq yüngül keçirirlər. Belə halları dəfələrlə görürük. Onkoloji xəstələrin koronavirusu yüngül keçirməsi halları həddən artıq çoxdur. Həmçinin immun sistemi tam formalaşmamış uşaqların koronavirusu yüngül keçirməsi də bununla izah edilir. Beləliklə, koronavirus müalicəsində xəstənin immun sistem xəstəliyi yoxdursa, müdaxilə etməmək məsləhətdir.
Bu bölməyə aid digər xəbərlər
İnsanlar üçün ən təhlükəli H7N9 ştamı ABŞ-da 2017-ci ildən bəri ilk dəfə aşkar edilib
19.03.2025 | 11:25
Alimlər koronavirusun dinamikasının yeni modelini hazırlayıblar
30.03.2023 | 15:15
Ölümcül göbələk infeksiyası halları kəskin artır
21.03.2023 | 10:37
"Pfizer" peyvəndi kişilərdə sonsuzluğa səbəb ola bilər - AÇIQLAMA
19.03.2023 | 10:52
Tədqiqat: COVID xəstələrinin 59%-də orqan zədələnməsi görülüb
17.02.2023 | 09:41
İnfluenza 10 günə qədər yoluxucudur. Xəstəlik irəliləyərsə...
28.01.2023 | 17:08
Həkim-pulmonoloq: "Kraken" nə qədər təhlükəlidir?
23.01.2023 | 11:51
Son 20 ildə uşaqlar 46% daha çox antibiotik qəbul edib - Araşdırma
11.01.2023 | 21:46
Koronavirusun “Omikron” və ya digər ştamları necə müəyyən olunur? - Açıqlama
17.02.2022 | 14:43
Uşaqda COVID-19 testi mənfi olub, lakin bu əlamətlər varsa... - Valideynlərin DİQQƏTİNƏ!
03.01.2022 | 12:08
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

