Tanınmış həkim-reanimatoloqdan ÇAĞIRIŞ: "COVID-19 xəstələrinə aspirin yazmayın!"
24.08.2021 11:10
COVID-19 xəstələrinə aspirin yazmaq doğru deyil. Belə xəstələrdə 2 ən böyük problemdən biri oksigenizasiyanın pozulmasıdırsa, digəri koaqulopatiyadır. Yəni trombozlar. Bu trombozlar arasında ən çox xırda ağciyər arteriyalarında keçiriciliyin pozulması (tıxanıqlıq) yayılıb.
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədovun sözlərinə görə, xəstənin saturasiyası birdən-birə düşürsə, bu COVID-19 infeksiyasının genişlənməsi, iltihabın artması demək deyil, çox güman xırda ağciyər damarlarının tutulmasına görədir.
 
Həkim qeyd edib ki, COVID-19 koaqulopatiya probleminin profilaktikasında aspirin kardio, kardiomaqnil kimi preparatların heç bir rolu yoxdur. Həm yetərsiz qalır, həm də aspirin trombositə qarşıdır. COVID koaqulopatiyasında trombositin "günah"ı yoxdur. Əksinə, trombositləri geriyədönməz olaraq "blok" etdiyi üçün kleksanla birgə istifadə qanaxmalara səbəb olur. COVID reanimasiyasında bu kimi qanaxmalara misal kimi mədə-bağırsaq qanaxmalarını, ağciyər qanaxmalarını, əzələdaxili inyeksiyadan sonra böyük hematomaları göstərmək olar. Nəzərə almaq lazımdır ki, koronavirus özü ağır xəstələrdə sepsis trombositlərini aşağı salır. Trombositopeniya körpücükaltı vena qoyulması, arterial punksiya kimi çox vacib tibbi proseduraların aparılmasını çətinləşdirir, mümkünsüz edir:
 
"Evdə müalicə zamanıl aspirin qəbul etmiş xəstələr reanimasiyaya düşərsə, onun azalmış trombositləri həm də "blok" vəziyyətində olur. Reanimatoloqlar dəfələrlə trombosit kütləsini köçürməyə məcbur qalır. Bildiyiniz kimi trombosit kütləsi həm çox bahalıdır, həm tapılmır, həm də köçürülməsinin bir sıra fəsadları var. Bu fəsadlara transfuziyaya bağlı kəskin ağciyər zədələnməsi, allergik, infeksion ağırlaşmalar və s. aiddir.
 
Əvvəllər tədqiqatlarda kiçik doza aspirinin koronavirus xəstələrində mortalitəni azaltması fikri yaransa da, sonrakı tədqiqatların aparılmasının vacibliyini vurğulamışdılar. Bu ilin iyun ayında aparılmış tədqiqatının nəticəsinə görə, aspirinin COVID xəstələrində mortalitə və morbiditəni azaltmadığı elan edilmişdir. 
 
Ona görə əvvəlcədən ürək probleminə görə kardioloq tərəfindən ömürlük aspirin yazılmış xəstələr istisna olmaqla, koronavirus xəstələrinə aspirin kardio, kardiomaqnil yazmamaq tövsiyə olunur". 
 
Ş.Məmmədov əlavə edib ki, xəstədə tromboz riski yüksəkdirsə, kleksan yazılmalıdır. D dimer çox yüksək olan xəstələrdə isə heparin davamlı infuziyası göstərişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər