Dializ xəstələri üçün yardım aksiyası keçirilib
27.08.2020 09:12

Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyası dializ xəstələri üçün yardım aksiyası keçirib. Aksiya Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum gününə həsr olunub.

Assosiasiyanın sədri Rövşən Əliyev AZƏRTAC-a açıqlamasında aksiya çərçivəsində böyrək çatışmazlığından əziyyət çəkən və dializ qəbul edən 56 xəstəyə yardım olunduğunu qeyd edib.

R.Əliyev deyib: “Bu gün assosiasiyanın qeydiyyatında Gürcüstan üzrə 176 azərbaycanlı dializ xəstəsi var. Biz onlardan ən çox ehtiyacı olan və daha imkansız 56 nəfərə yardım etdik. Bu rəqəm də təsadüfi seçilməyib. Biz bununla təkcə Azərbaycanda deyil, qonşu Gürcüstanda da çox sevilən Mehriban xanım Əliyevanın ad gününü təbrik etmək istədik. Mehriban xanımın təşəbbüsü ilə Gürcüstanda təhsil ocaqları tikilib, təmir olunub, əlillərə müxtəlif yardımlar edilib. Gürcüstan azərbaycanlıları Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin bizə yardımlarını, diqqət və qayğılarını heç zaman unutmayacaq”.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub