5000 illik qədim müalicə metodu – Hicama / Birinci yazı
04.08.2021 12:11

Qlobal pandemiya dövründə insanlar xalq təbabətinə daha çox üz tuturlar, bitkilərdən, təbii məhsullardan və el arasında geniş yayılmış müalicə üsullarından istifadəyə xüsusi üstünlük verirlər.

 

Qədim zamanlardan türkəçarə kimi tətbiq olunan qanalma insanların ən çox üz tutduğu müalicə üsullarından biridir. Bu üsul hicama hacamat, həcəmət, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Hicama bir çox xəstəliklərdən qurtulmaq üçün ən effektiv üsullardan biridir.

 

Aztibb.az  hicama üsulu ilə bədənin təmizlənilməsi və müalicəsi, onun xəstəliklərə faydası haqqında yazını təqdim edir.

 

Avropa təbabətində qanalma zamanı qolda damar deşilirdi və qan buraxılırdı. Asiya və Ərəb ölkələrində isə dəri çərtilir və qan tibbi bankaların köməyi ilə sovrulurdu. Elə ərəb dilində də hicam "sovurmaq" deməkdir.

 

Həcamət və ya hicama keçmişdə bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu. Hədislərə əsasən, Məhəmməd Peyğəmbər (s) həcamətin köməyi ilə baş ağrılarını müalicə edirdi və bu müalicə metodunu çox yüksək qiymətləndirirdi. Odur ki, hicama İslam aləmində daha çox yayılmaqdaydı.

 

Qanalma çin, yunan, ərəb, türk, farslara məxsus fərqli mədəniyyətlərdə artıq 5000 ildən çoxdur ki, ənənəvi alternativ müalicə üsuludur. Çində arxeoloqlar əsrlər öncəyə aid olan küpə terapiyasına dair dəlillər aşkar ediblər. Yazılı mənbə Ge Honqun (e.ə. 281-341) müəllifi olduğu kitabında heyvan buynuzundan hazırlanan küpələrdən qanalma zamanı necə istifadə olunduğunu təsvir edirdi.

 

 

O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu istifadə edilib. Hətta Misir papiruslarında bu üsula rast gəlmək olar. Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn Sina və Al-Zahravi küpə terapiyasından istifadə ediblər. Sonralar Avropada da bir çox xəstəliklərdə bu metoddan yararlanıblar. Qalen yaş hicama üsulunda küpə kimi buynuz, stəkan, mis qablardan istifadə edib.

 

Qanalma əvvəllər müalicə metodu kimi yalnız qaraciyərin hemoxromatoz xəstəliyi zamanı istifadə olunurdu. Bu xəstəlik zamanı xəstənin qanında çoxlu miqdarda dəmir yığılır ki, bu da müxtəlif pozulmalara səbəb olurdu. Lakin son zamanlar bütün dünyada onlarla xəstəliyin müalicə metodu olaraq həcəmətə maraq artmaqdadır.

 

Həcəmətin insan sağlamlığına olan təsiri ilə bağlı tədqiqatlar aparılıb və müsbət rəylər verilib. Amerika alimi Bauer sübut edib ki, qanalmadan dərhal sonra orqanizmdən ziyanlı maddələrin xaric olunması 30-40% artır. Digər alimlər araşdırmalarda aşkar edib ki, qanalmadan sonra qanın qatılığı 20-30% azalır ki, bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır. Fransa alimi tibb elmləri doktoru professor Kantel həcəmətdən sonra insanın qanını tətbiq edib və belə qərara gəlib ki, insanın immun sistemi xeyli fəallaşır.

 

Hicama ilə qan hüceyrələri yenilənir, qana müxtəlif yollarla qarışan “çirkli” qarışıqlar da orqanizm tərəfindən təmizlənir, immun sistemi qüvvətlənir, qan dövranını və maddələr mübadiləsi tənzimlənir, hipertaniya xəstələrinə çox müsbət təsir göstərir və yüksək qan təzyiqini aşağı salır.  Bundan başqa, qanın qatılığı azalır ki, bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır. Həmçinin şəkər xəstələrində maddələr mübadiləsi pozulmasıyla damar menfezi daha tez tutulduğundan şəkər xəstələri üçün hicamın əvəzsiz rolu var.

 

Həcamət bir çox xəstəliklərin və pozulmaların müalicəsində (miqren, sonsuzluq, müxtəlif iltihablar və ağrılar və s.) istifadə oluna bilər. Həcəmət qədim tibbi prosedurdur və özbaşına necə gəldi etmək olmaz. Yalnız həkim məsləhəti ilə təyin olunmalı və ixtisaslı tibb işçiləri, mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bu halda hicama sağlamlığımız üçün faydalı ola bilər.

 

Qanalma proseduru ağrısız, yataq vəziyyəti almadan və vaxt itirmədən tətbiq edilir və prosedur nəticəsində ağır metallar, toksinlər, sərbəst radikallar, istifadə olunan dərmanlardan qalan mübadilə məhsulları, süni rəngləyici kimyəvi maddələr, məhsulların vaxtını uzatmaq üçün istifadə edilən stablizatorlar orqanizmdən xaric olur.

 

Hicama baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin, sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq, ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.

 

Qanalmanın əks göstərişi də vardır. Bu üsuldan faydalanmadan öncə mütləq tibbi müayinədən keçmək, qan xəstəlikləri ilə bağlı həkimlə məsləhətləşmək vacibdir. Müəyyən edilib ki, qanalma aşağı təzyiq, anemiya, ateroskleroz, ağır ürək qüsuru və açıq xoralı yaraları olanlar üçün qəti qadağandır. Həmçinin, ürəyin işemik xəstəlikləri zamanı, hemofiliya, sümük qırılması, dərin vena trombozu, mentruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə, eləcə də azyaşlı və heraitrik (çox yaşlı) insanlara, xərçəng xəstələrinə məsləhət görülmür. 

 

İnsanın damarındakı qanın tərkibiylə digər əzələ-oynaq nahiyəsindən alınacaq qan nisbətən fərqlidir. Hicama dəri altındakı durğun qanın və toxumalar arasında toplanıb qalmış maddələrin sorma üsulu ilə xaric olunması, rahat qan dövranının bərpa edilməsini təmin edir. Prosedur immun sisteminin işini əngəlləyən zəhərli və keyfiyyətini itirmiş qanın orqanizmdən çıxarılması məqsədilə aparılır.

 

 

 

Tibbi qanalma çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun ən yaxşı sübutu qan donorlarıdır. Statistika göstərir ki, bu kateqoriya insanlar digər insanlarla müqayisədə daha çox yaşayır və daha sağlam olurlar. 

 

Qanalma ilə müalicənin quru və yaş üsulu vardır. Quru qanalma zamanı yalnız banka hər hansı nahiyədə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır, həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxarılı və atılır. Xəstənin vəziyyətindən asılı olaraq bəzən 2 dəfə prosedur təkrarlanır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub