SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu
30.07.2021 10:20

SMA xəstəsi olan Tunar Bağırovun sözügedən xəstəlikdən xilas olması üçün ona müalicə aldığı ABŞ-ın Boston şəhər xəstəxanasında "Zolgensma" iynəsi vurulub.

 

Aztibb.az xəbər verir ki, "Zolgensma" dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.

 

Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkirdi. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac vardı. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edərək, irkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırmışdı.

Tunarın anası Səbinə Əliyeva sosial şəbəkə vasitəsilə hər kəsə təşəkkür edib. Bildirib ki, Tunarın iynəsi damar vasitəsilə qəbul edilir: "Neçə ay idi ki, bunun üçün çalışırdıq. Bununla da bitdi, iynə həyəcanı geridə qaldı. Bundan sonra idmanlar, lazımi müalicələr davam edəcək. İynə öz təsirini qarşıdakı illər ərzində göstərəcək. Çox şükür ki, Tunarın kampaniyası Ramazan bayramında bitdi.  Allah Tunar üçün dəstək olan, yardım edən hər kəsin köməyi olsun. Bu günə yaxşı insanların sayəsinə gəldik. Mehriban xanım Əliyevanın, ölkə başçısının xüsusi dəstəyi oldu, məbləğin tamamlanması üçün yardım etdilər. Bütün kömək edənlərə təşəkkür edirəm".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır