Arı sancması zamanı ilk nə edilməli? - DİQQƏT!
26.07.2021 13:08

Arı sancması əsasən açıq havalarda olur və bu zaman çox vaxt tibbi müdaxiləyə ehtiyac olmadan evdə edilən ilkin tibbi yardımlar kifayət edir. Lakin, arı sancmasına qarşı allergiyası olan uşaqların bir və ya bir neçə arı tərəfindən sancması nəticəsində təcili müdaxilə ehtiyac olunan ciddi reaksiyalar baş verə bilər.

 

Aztibb.az xəbər verir ki, əlamətlər şəxsə görə yüngüldən ağıra dəyişə bilər. Əgər arı sancmasına qarşı allergiya yoxdursa və çoxlu sancma olmadısa, əlamətlər yüngül ağrı, qaşıntı, sancma nahiyyəsində isinmə kimi yüngül əlamətlərdir.

 

Orta dərəcədəki reaksiyalarda qızarıqlıq və şişkinlik bir neçə gün müddətində tədricən artaraq davam edir. Meydana gələn ağrılar, sancma sayısına, arının iynəsinin uzunluğuna, arının növünə (eşşək arısı, vəhşi arı) görə fərqlilik göstərir.

 

Bal arıları adamı sancdıqdan sonra ölürlər. Lakin, eşşək arıları və vəhşi arılar kimi növlər birdən çox sanca bilər və yaşamaya davam edə bilər. Arılar sancdıqda ağrı, qızarıqlıq və şişkinlik kimi əlamətlərə səbəb ola biləcək zəhərli toksinlər xaric edə bilərlər. Bəzi insanların bu toksinlərə qarşı allergiyası vardır.

 

Arını iynəsindən yayılan toksinləri azaltmaq üçün dərinin altında qalan iynə çıxarılmalıdır. Arı sancmasında çalışmaq lazımdır ki, zəhərin yayılmasının qarşısını almaq üçün 30 saniyə ərzində arı iynəsini çıxarılmış olsun. Çünki, nə qədər uzun müddət qalarsa bir o qədər zəhərli olar və daha çox reaksiyalar şiddətli olaraq acıverici, ağrılı olar.

 

Daha sonra arının sancdığı yerə buz kompres qoyularaq yarana biləcək şişkinlik və ağrıların qarşısı alınmalıdır. Arı sancması əsasən zərərsizdir. Lakin, dil və dodaq kimi nahiyələri sancması nəticəsində allergik reaksiya varsa şişkinliyə bağlı olaraq tənəffüs almaqda çətinlik yarana bilər.

 

Arı sancmasında ilk edilməsi vacib olanlar: Arı sancmasında dərhal müdaxilə edilərsə ağrı daha az, sağalma isə sürətli olar. Arının iynəsini 30 saniyə cımbız və ya dırnaq ucu ilə çıxarılması lazımdır. İynənin sıxaraq çıxarılması kisəyi partladıb daha çox zəhrin bədənə təmas etməsinə səbəb ola bilər, ona görə də diqqətli və sürətli hərəkət etmək vacibdir. Arının sancdığı yerə soyuq su və sabunla yuyulmalıdır. Soyuq su rahatladır, sabun da çirki və zəhəri həmin yerdən təmizləəmyə kömək edir. Ağrının qarşısını almaq üçün soyuq kompres və ya buz qoyulmalıdır. Buz həmçinin zəhərin bədən tərəfindən sorulmasının da qarşısını almaqda rol oynayır. Buzun birbaşa dəriyə qoymaq yanmağa səbəb ola bilər. Ona görədə dəsmala bürülməli 20 dəqiqə üstündə qoyulmalıdır.  Parasetamol və ya ibuprofen tərkibli ağrı kəsici vermək olar, antihistamin tərkibli losyonlar və ya siroplar faydalı ola bilər.

 

Arı sancmasından 30 dəqiqə içində bəzən 1 saat daxilində allergik reaksiyalar verə bilər. Arının sancdığı yerdə aşağıdakı reaksiyalar ola bilər:

 

Ağrı: 1-3 saat boyunca şiddətli ağrı olur. Ağrıkəsici siroplar və lidokainli gellər faydalı olur.

 

Şişkinlik: Arının soxduğu yerdə şişkinlik 2 ilə 7 gün arasında davam edir. Soyuq kompres və lidokainli gellər faydalı olur.

 

Qızarıqlıq: Arının sancdığı yerində 1 həftəyə qədər davam edən qızarıqlıq ola bilər.

 

Qaşıntı: Həkimlə məsləhətləşib antihistamin tərkibli dərmanlar qəbul edilə bilinər. Bal arısının sancdığı nahiyyəyə bal sürülməsi, yaranın sağalmasını sürətləndirir, ağrı və qaşıntı hissiyatını azaldır, həmçinin antiseptik xüsusiyyəti vardır. Yüngül reaksiyalar da çox vaxt tibbi müdaxiləyə ehtiyac qalmır. Yandırcı ağrı, dəridə qabarıqlıq, qızartı və yüngül şişkinlik kimi əlamətlər olur.

 

Əgər sizdə arı sancması olubsa əlamətlər yüngül olsa da yenə də yaxında olan poliklinikaya müraciət etməyiniz məsləhət görülür. Ağır reaksiyalar və ya anafilaksiya arı sancmasından bir neçə dəqiqə sonra meydana çıxır və həyati təhlükəyə səbəb ola bilər. Əsasən adrenalin vurulmalı və təcili yardım edilməlidir. Dəridə qaşıntı, boğazda şişkinlik, nəfəs almada çətinlik, ürək bulanma, qusma, baş gicəllənmə və huşun itməsi kimi əlamətlərlə ola bilər. 

 

Gec allergik reaksiyalar olaraq qızdırma, qarın ağrısı, ürəkbulanma, qusma, başgicələnmə, bayılma, bədəndə şişkinlik kimi hallarda dərhal xəstəxanaya müraciət edilməlidir. Keçmişdə arı sancmasından sonra anafilaktik şok keçirmişsizsə, həmişə yanınızda həşərat və böcək allergenlərinə qarşı təsirli gel daşımağınız məsləhət görülür. Çünki, təkrar sancmalarda bu cür gellər ağır ciddi reaksiyalardan sizi qoruya bilər. Həmçinin infeksiya riskini azaltmaq üçün sancma yerini cızmamağa çalışılmalıdır. Çünki, çızıq olsa qaşıntı, şışkinlik və qızarıqlığı artıra bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib