Zeytun yağının koronavirusla mübarizədə inanılmaz rolu
24.08.2020 12:58

Zeytun yağında olan squalen adlı maddə immuniteti gücləndirir.

 

Aztibb.az xəbər verir ki, bunu Türkiyənin Selçuk Üniversitetinin Biyokimya bölməsinin müəllimi İsmail Tarhan deyib.

 

O, bildirib ki, dünyada və Türkiyədə istehsal olunan zeytun yağları ilə bağlı araşdırma aparıblar.

 

"Araşdırma zamanı Yunanıstan, İspaniya, İtaliya və Portuqaliyada istehsal olunan zeytun yağı markaları ilə müqayisədə Türkiyənin zeytun yağlarında squalen maddənin faizinin daha yüksək olduğu məlum olub. Təxminən bir litr zeytun yağından bir qrama yaxın squalen əldə olunur. Bu, köpək balığından squalen maddəsinin əldə edilməsi ilə müqayisədə daha ucuz başa gəlir".

 

Həkim deyib ki, bir çox ölkələrdə koronavirusa qarşı hazırlanan vaksinlərin ən əsas komponentini zeytun yağında olan squalen maddəsi təşkil edir:

 

"Squalen maddə bir hidrokarbon törəməsi olub, peyvəndlərdə immun artırıcı olaraq istifadə olunur. Squalen, həmçinin xərçəng əleyhinə maddə ("xərçəng agenti") olaraq effektivdir".

 

"Təbii süzmə zeytun yağının immuniteti gücləndirən, xərçəngə qarşı faydalı komponentlərlə zənginliyinə görə bol  istifadə olunması tövsiyə edilir", -deyə, həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib