Bir sual, bir cavab - İmmunbərpaedici bitkilər
13.07.2021 14:04

Təbiət bütün xəstəliklərin şəfa qaynağıdır. İmmun sistemimizi güclü tutan və qrip virusu kimi ortaq patalogiyalara qarşı qoruyucu faydası olan hansı bitkilərin gündəlik rasionumuzda olmasını tövsiyə edərdiniz?

 

Bitkilər insanlıq tarixi boyunca müalicə məqsədilə istifadə edilib. Hazırda bitkilərlə müalicəyə olan maraq bütün dünyada artmaqdadır. Bitkilər eyni zamanda sintetik mənşəli dərmanlar üçün yolgöstərici açardır. Qeyd edim ki, ciddi xəstəliklərə başlıca səbəb olan viral infeksiyalara qarşı hələ tam təsirli dərmanlar yaradılmadığı üçün bu tip xəstəliklərin müalicəsi tibb elmi qarşısında problem olaraq qalır.

 

Biyan, Çaytikanı, İtburnu, Andız, Kəkotu, Bədrənc, Dəvədabanı, Dazıotu, Kasnı, Exinaseya, Çobanyastığı, Nanə, Qantəpər, Mayasarmaşığı, Boymadərən və s. kimi yabanı bitkilər malyariyada, bronxitdə, pnevmaniyada, bronxial astmada, insanlarda tənəffüs yolları virusunun, vərəmin müalicəsində, kəskin tənəffüs və xroniki tənəffüs xəstəliklərində dərman kimi istifadə olunur, eyni zamanda  immunbərpaedici təsirlidir.

 

Dünya alimlərinin apardığı tədqiqatlara baxdıqda görürük ki, HIV, HSV, HCV, HBV, VZV, RSV, MV, Dengue virus, Coxsackievirus, Koronavirus, İnfluenzavirusu, Adenovirus, Enterovirus və Rotaviruslara qarşı fəal Filantus cinsi növləri, Biyan (Glycyrrhizaglabra), Androqafis (Andrographis paniculata), Əzvay (Aloe vera), Adaçayı (Salvia officinalis), Klinakantus (Clinacanthus nutans), Bədrənc (Melissa officinalis) və digər antiviral təsirli aromatik tərkibli bitki növləri var.

 

Onu da bildirim ki, bu istiqamətdə AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının, ATU-nın İmmunologiya və mikrobiologiya kafedrası ilə əməkdaşlığı çərçivəsində birgə apardığı tədqiqat işləri beynəlxalq səviyyədə xüsusi maraq doğurub və bununla bağlı xarici jurnallarda məqalələr dərc edilib. Tədqiqatlar zamanı 600 bitki barədə toplanmış məlumatlar qeydə alınaraq, Naxçıvan bölgəsindən 160, Gəncə bölgəsindən 130 bitki nümunəsinin istifadəsinə aid məlumatlar izlənilib. Xalq təbabətində istifadə olunan və əksəriyyəti (70%) yabanı floradan toplanan 240 bitki növünün günümüzün ən ağır xəstəliklərində istifadəsi, o cümlədən immunbərpaedici təsiri müəyyən edilib.

 

Bunu xüsusi vurğulayım ki, klinik tibb bu məlumatlardan yola çıxaraq yeni dərman preparatlarının istehsalına başlaya bilər.

 

biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva

Aztibb.az

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib