Siqaret koronavirus riskini dəfələrlə artırır - Mütəxəssisdən xəbərdarlıq
23.08.2020 17:07

Siqaret çəkənlər koronavirusa daha çox yoluxur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Türkiyənin Düzce Universitetinin mütəxəssisi, həkim Abdulkadir Kaya məlumat verib.

 

O, bildirib ki, araşdırma nəticəsində siqaret çəkənlərin 14 dəfə daha çox koronavirusa yoluxduqları və bu səbəbdən öldükləri məlum olub.

 

Dr. Kaya qeyd edib ki, Türkiyədə siqarət səbəbindən il ərzində 100 mindən çox ölüm faktı qeydə alınıb:

 

"Dünyada siqarət hər 6 saniyədə 1 can alır. Siqaret həmçinin xərçəngin, xüsusən də ağciyər xərçənginin yaranmasına səbəb olur. Belə ki, xərçəng xəstəliyinin yaranmasının 22%-i siqaretin üzərinə düşür. Siqaret tənəffüs yolu problemləri də yaradır. Bunları nəzərə alaraq siqaretdən mütləq imtina edilməlidir".

 

Siqaret aludəçiliyinin bir xəstəlik olduğunu vurğulayan Dr.Kaya, bundan xilas olmaq üçün tibbi yardım alınmalı olduğunu deyib:

 

"Test nəticəsində xəstənin siqaret aludəçiliyinin dərəcəsini müəyyən edir, ona uyğun olan müalicə metodu (psixoloji və ya həb) tətbiq edirik. Burada əsas xəstənin qərarlılığı, iradəsi və bundan sonrakı yaşadığı həyat tərzidir. Siqareti atanların 15-i tamamilə tərgidə bilir".

 

"Pandemiya müddətində sosial məsafə saxlayın, maska taxın, sanitar qaydalara əməl edilin, təmiz havada gəzin və siqaretsiz həyat yaşayın", - deyə, həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib