Türkiyədə tullantı sularda SARS-CoV2 virusuna rast gəlinib
13.07.2020 14:03

 

Dünyada ilk dəfə olaraq Türkiyədə suda və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul da daxil olmaqla, ölkənin 81 vilayətində tullantı sularında virus aşkarlanıb.

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ölkənin Su İnstitutu İdarəsi ilə birgə aparılan araşdırmaların mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması üçün həyata keçirildiyini bildirib.

 

Məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha çox rast gəlinir. Tədqiqatların aparıldığı 81 vilayətdə 250 tullantı sutəmizləyici qurğudan nümunələr götürülüb. SARS-CoV2-nin ən çox rast gəlindiyi şəhərlər isə Konya və İstanbul olub. İstanbulda ilk nümunələr aprel ayında alınıb. Mütəxəssislər aprel ayı ilə müqayisədə, iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

 

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır