Zob xəstəliyi – Haşimoto
06.07.2021 15:00

Haşimoto getdikcə daha çox yayılmaqda olan xəstəliklərdəndir. Qalxanabənzər vəzin xroniki iltihabi xəstəliyi olan bu xəstəlikdə immunitet sistemi müxtəlif səbəblərdən tiroid bezinə hücum etməyə, onu məhv etməyə və funksiyalarını pozmağa başlayır. Nəticədə tiroid bezi istehsal etməsi lazım olan hormonları (T3 və T4 hormonları) ifraz edə bilmir və xəstəlik ortaya çıxır. Bu həm də immun sisteminin xroniki xəstəliyidir.

 

Aztibb.az xəbər verir ki, qalxanvari vəzin ən geniş yayılmış xəstəliklərindən biri "otoimmün tiroidit" deyilən Haşimoto xəstəliyi ilk dəfə yapon alimi Akira Haşimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılıb. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır. 

 

Haşimoto xəstəliyi texnologiyanın inkişaf etdiyi ölkələrdə geniş yayılıb. Xəstəlik daha çox yodun çoxluğundan yaranır. Xəstə adətən şikayətlənmir. Bəzi xəstələrdə zobun simptomları üzə çıxır. Yodun orqanizmə çox daxil olması antitellərin artmasına, bu da vəzin böyüməsinə səbəb olur.

 

Ürəkdöyünmə, əsəbilik, titrəmə, pəhriz olduğu halda belə çəkinin azalmaması, dəri quruluğu, saç tökülməsi, yuxululuq, xoruldama, halsızlıq, üzdə şişlik, qəbizlik, aybaşı pozğunluğu, təngnəfəslik xəstəliyin əlamətləridir.

 

Bu xəstəliyə əvvələr daha çox əlli yaşdan sonra qadınlarda rast gəlinirdi. İndi isə yeniyetmələrdə, hətta körpələrdə də görülür.

 

Xəstəlik erkən dönəmdə aşkar edilərsə, profilaktik müalicə ilə aradan qaldırmaq mümkündür. Xəstə daim endokrinoloqun nəzarətində olmalıdır. Haşimoto xəstəsi nadir hallarda əməliyyata cəlb edilir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev