Koronavirusu ən az 20 metr məsafəyə yayır – ARAŞDIRMA
30.06.2021 14:30

Cənubi Kiprdəki Lefkoşa Universitetinin tədqiqatçıları havadakı fərqli hissəciklərin tac virusunun yayılmasına necə kömək etdiyini simulyasiya etmək üçün bir model hazırlayıblar.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın müəllifi Dr. Dimitris Drikakis açıqlamasında modelləşdirmə və simulyasiya yolu ilə havadakı toz polen mikro hissəciklərinin zərif bir meh ilə necə yayıldığını və hava yolu ilə virus ötürülməsinə necə şərait yaratdığını öyrəndiklərini bildirib.

 

“Fluids Physics”də nəşr olunan araşdırmaya dair yazıda bildirilir ki, tədqiqat qrupu mikroskopik hissəciklərin virusun yayılmasında oynadığı rolu müəyyən etmək üçün model yaradıb.  

 

Mütəxəssislər müəyyən temperaturda, küləkli və rütubətlu havada uçan təxminən 10.000 polen buludunu bu modelə əlavə ediblər. Nəticədə hər toz dənəsinin yüzlərlə koronavirusu daşıya biləcəyini ortaya çıxarıblar.

 

Tədqiqat zamanı virusun yayılmasını öyrənmək üçün mühit seçilib. Bura yüzlərlə ağac və təxminən 20 metr məsafədə 100 nəfərlik real bir izdiham daxil idi.

 

Simulyasiya polenin tac virusunu ətrafa ən az 20 metr məsafədə daşıya biləcəyini və polen nisbətinin yüksək olduğu bölgələrdə iki metr sosial məsafənin kifayət etməyəcəyini ortaya qoyub.

 

Tədqiqat qrupu bu səbəbdən yüksək polen sıxlığı olan bölgələrdə COVID-19-un daha çox yayılmasını müşahidə etdiyini söyləyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər