“BioNTech”in xərçəng peyvəndi sınaq mərhələsindədir – AÇIQLAMA
26.06.2021 17:59

Dünyaca məşhur elm adamları Özləm Türəci və Uğur Şahin tərəfindən qurulan “BioNTech” şirkəti inkişaf etdirdikləri xərçəng peyvəndinin 2-ci mərhələdə klinik sınaqlarına başlayıblar.

 

“Hədəfimiz 2023-cü ilə qədər bir xərçəng və MS peyvəndi təkmilləşdirməkdir. Bu “BioNTech”in xərçəng peyvəndi işində mükəmməl uğurudur”, – deyə şirkət rəsmiləri açıqlayıblar.

 

Aztibb.az xəbər verir ki, MRNA texnologiyası əsasında hazırlanan “BNT 111” adlı peyvənd namizəd 2-ci mərhələ klinik sınaq işləri çərçivəsində ilk dəfə bir xəstəyə tətbiq edilib.

 

Açıqlamada bildirilir ki, “BioNTech” xərçəng peyvəndi sınaqları üçün 120 könüllü xəstə ilə işləyəcək. Sınaqların bir hissəsi olaraq, xəstələr “BioNTech” peyvəndi və “Libtayo” adlı bir antitel müalicəsi alacaqlar. Məqsəd, peyvəndin köməyi ilə xərçəng hüceyrələrini məğlub etmək üçün immunitet sistemini gücləndirməkdir.

 

Özlem Türəci peyvənd namizədinin artıq etibarlı bir təhlükəsizlik profili göstərdiyini və klinik qiymətləndirmələrdə ilkin nəticələrin ürəkaçan olduğunu söyləyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır