ÜST xüsusi işçi qrupu yaratdı
22.08.2020 11:06

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.

 

Aztibb.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.

 

Qrup rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.

 

Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.

 

Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 23 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 800 mindən çox insan ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır