17 iyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür
17.06.2021 14:00

Bu gün qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Həmin il 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunub.

 

Səhralaşma, quraqlıq qlobal ekoloji, sosial və iqtisadi problemdir.

 

Aztibb.az quraqlığın sağlamlıq üçün də böyük təhlükə olmasına dair məlumatları izləyicilərinə təqdim edir:

 

Yağıntı az olduqda toz və çirkləndiricilər havada daha uzun müddət qalır. Bu hal allergik və xroniki tənəffüs yolları xəstəlikləri olan insanlarda xəstəlik simptomlarını aktivləşdirir.

 

Quraqlığın səbəb olduğu meşə yanğınları zamanı yaranan zəhərli tüstü orqanizmdə bronxit və sətəlcəm riski daxil olmaqla müxtəlif problemlər yaradır. Quraqlıq şəraiti havada “Coccidioides immitis” göbələyinin artmasına və bu da nəticədə tənəffüs yolarının ölümcül infeksiyaya yoluxmasına gətirir.

 

Quraqlıqdan əziyyət çəkən ərazilərdə insanlar suya qənaət etdiyinə görə təmizlik ön planda olmur və bu da mikrobların yayılmasını artır. Belə bölgələrdə insanlar ürək bulanma, qusma, qarın boşluğu, ishal və tənəffüs yollarının problemləri kimi mütəmadi olaraq xəstəliklər yaşayırlar.

 

Quraqlıq stres, narahatlıq və depressiyaya da səbəb olur. Quraqlığın maddi təsiri, xüsusən də torpaqdan qazanc əldə edə bilməyən insanlar üçün stress amilidir. Quraqlıq mühitin insanda yaratdığı narahatlıq hissi zamanla böyüyür və xroniki hala gəlir. Quraqlıqdan qaynaqlanan stres və depressiya intiharın artmasına da əsas yarada bilir.

 

Belə mühitdə insan özünü çox yormamalı, tam yuxu ilə yatmalı, spirtli içkilər qəbul etməməli, fiziki yüklənmədən qorunmalıdır.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?