Vitamin-mineral komplekslərinin nəzarətsiz qəbulu nəticəsində inkişaf edən - Hipervitaminoz 
08.06.2021 18:21

Sağlam yaşamaq üçün orqanizmə daim müxtəlif maddələr - zülallar, yağlar, karbohidratlar və vitaminlər daxil olmalıdır. Lakin vitaminlərin normadan artıq qəbul edilməsi orqanizmə xeyirdən çox ziyan verə bilər. Hipervitaminoz vitamin-mineral komplekslərinin nəzarətsiz qəbulu nəticəsində inkişaf edir.

 

Vitaminlərin miqdarı təyin olunmuş dozadan bir qədər artıq olmaqla uzun müddət istifadə edildikdə yaranır. Ən təhlükəli məqam isə zəhərlənmə simptomlarının müşahidə olunmasıdır.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Qidaların qəbulu həkim məsləhəti ilə edilməlidir. Ehtiyac olan maddələri ya qida əlavəsi formasında, ya da normal qidalanma rejimini təmin etməklə bərpa etmək olar”.

 

Mütəxəssislər vitaminləri daha çox təbii məhsullar vasitəsilə qəbul olunmasını tövsiyə edirlər. Tərkibi pektin və aşı maddələri, A. B, S vitaminləri, eləcə də mineral maddələrlə zəngin olan alma, gilas və ərik kimi meyvələr gün ərzində qəbul edildikdə insan orqanizmini lazımi miqdarda xeyirli maddələrlə təmin edir. Tədqiqatlar göstərir ki, A, B, E və K vitaminləri çox qəbul edildikdə orqanizmdə yığılır və nəzarətsiz istifadə olunduğu zaman hipervitaminoz adlanan xəstəliyə səbəb olur.

 

“C qrupu vitaminləri ehtiva edən qidalara əsasən sitrus meyvələri və brokkoli, kivi, çiyələk, cəfəri, ananas, kələm, noxud, yaşıl yarpaqlı tərəvəzlər və s. daxildir. B vitamininə isə tuna balığı və onun qara ciyəri, banan, quş əti, habelə bir sıra dəniz məhsulları aiddir”,-deyə həkim-terapevt bildirib.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, orqanizmdə A vitamini çox olduqda şiddətli baş ağrısına, K vitamini çox qəbul edilməsi qanın laxtalanmasına, S vitaminin çoxluğu isə böyrək daşlarının formalaşmasına səbəb olur. Ona görə də hər bir xeyirli maddənin zərərli cəhətləri olduğunu da unutmaq olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev