Koronavirus tablosu – Son 24 saat
06.06.2021 10:00

Aztibb.az son 24 saatda dünyada koronavirusla bağlı vəziyyətə dair xülasəni təqdim edir:

 

Dünya üzrə COVID-19-a yoluxmaların sayı 173 milyon 536 min, həyatını itirənlərin sayı 3 milyon 732 min, sağalanların sayı isə 156 milyon 379 minə çatdı.

 

Xəstəliyin sayı ABŞ-da 34 milyon 193 mini, Hindistanda 28 milyon 799 mini, Braziliyada 16 milyon 841 mini, Fransada 5 milyon 701 mini keçdi.

 

Bu günə qədər dünyada COVID-19 əleyhinə 2 milyard 90 milyon dozadan çox peyvənd tətbiq edildi.

 

Hindistanda koronavirusla mübarizədə çətin şərtlərdə çalışan təxminən 3000 həkim tətilə başlamalarına məhkəmə qadağasından sonra istefa edib. Hökumət ölkədə Rusiyanın COVID-19-a qarşı hazırladığı “Sputnik V” peyvəndinin istehsalına icazə verdi.

 

Venesuela COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyasını planlaşdırır. Hazırda Venesuela peyvənd olunan insanların sayına görə Cənubi Amerika ölkələri arasında sonuncu yerdədir.

 

İngiltərədə hökumət koronavirusa qarşı mübarizədə tətbiq etdiyi məhdudiyyətləri sərtləşdirdi və beynəlxalq səyahət qadağalarını artırdı. 

 

Almaniyada 7 iyundan etibarən koronavirus əleyhinə 12 yaşdan yuxarı hər kəsin peyvəndlənməsi mümkün olacaq.  

 

İranda əhalinin yarısı peyvənd olunandan sonra kütləvi tədbirlərin keçirilməsinə icazə ilə bağlı açıqlama verildi. 

 

Afrikada yeni növ koronavirusdan ölənlərin sayı 132 mini keçdi. Qitədə ən çox xəstəlik Cənubi Afrika Respublikası, Fas, Tunis, Efiopiya, Misir və Liviyada aşkar edildi. 

 

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Son sutka ərzində koronavirusdan 190 nəfər ölüb. 

 

Rusiya prezidenti Vladimir Putin və Argentina prezidenti Alberto Fernandez, Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndinin Argentinada da istehsalına başlayacağını açıqladılar. Rusiyanın Sankt-Peterburq şəhəri yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayına görə paytaxt Moskvanı ötdü.

 

Belçikadakı epidemiyaya qarşı mübarizə çərçivəsində 16-17 yaşlı gənclərin peyvənd edilməsinə qərar verildi.

 

Çin uşaqlarda COVID-19 əleyhinə “Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqlədi. Yoluxmaların artdığı Çinin cənubundakı bölgələrdə geniş COVID-19 testlərinə başlanıldı. Nanşedə epidemiya tədbirləri daxilində restoranlar, idman salonları, hovuzlar və digər ictimai yerlər müvəqqəti olaraq bağlanıldı.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır