İtaliyada COVID-19-a qarşı peyvənd insan üzərində uğurla sınaqdan keçirilib
26.08.2020 09:43

İtaliyada yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin insan üzərində sınaqdan keçirilməsinə başlanılıb. Kliniki sınaqlar uğurlu nəticə verərsə, peyvəndin yaz aylarında hazır olacağı gözlənilir.

 

Tibbi preparat  bazar ertəsi Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunda könüllülər üzərində sınaqdan keçirilib. Bazar ertəsi səhəri peyvənd olunan ilk könüllü 4 saat müşahidə altında olduqdan sonra evə buraxılıb. 

 

"ReiThere" biotexnologiya şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan peyvənd ilk mərhələdə 90 sağlam könüllü üzərində sınaqdan keçiriləcək. Sözügedən peyvəndin sınaqları 18-55 yaş arasında və 65 yaşdan yuxarı insanlar üzərində aparılacaq. Tədqiqatın 24 həftə davam edəcəyi bildirilir. 

 

Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunun baş direktoru Françesko Vaianın sözlərinə görə, araşdırma 3 mərhələdə aparılacaq. "İlin sonuna qədər ikinci və üçüncü mərhələ üzrə təcrübələrin tamamlanacağına ümid edirik. İtaliyadakı peyvənd sınaqlarının müsbət nəticə verəcəyi təqdirdə, onun koronavirusun geniş yayıldığı Cənubi Amerika ölkəsində istifadəsinə başlanılacaq", - deyə F.Vaia bildirib.

 

Vaksinin hazırlığına Lazio bölgəsi 5 milyon, Səhiyyə Nazirliyi isə 3 milyon avro vəsait ayırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır