Türkiyədə bir ilk: Kistik fibroz diaqnozu qoyulmuş 15 yaşlı qıza ağciyər nəql edildi
05.06.2021 14:33

Türkiyənin Ankara Şəhər Xəstəxanasının Ağciyər Transplantasiya Mərkəzində kistik fibroz diaqnozu qoyulmuş qadına ilk dəfə ağciyər transplantasiyası edilib.

 

Aztibb.az xəbər verir ki, 15 ildir bu xəstəliklə yaşayan Zeynəb Gülbadə Türkaslan müvəffəqiyyətli bir əməliyyat sayəsində sağlamlığına qovuşub.

 

Kistik fibroz diaqnozu qoyulmuş 15 yaşlı Zeynəb Gülbadə Türkaslana uyğun donor və ağciyər tapdıqdan sonra bu əməliyyat baş tutub. Təxminən bir ildir tənəffüs aparatı ilə yaşayan Türkaslan əməliyyatdan sonra çox xoşbəxt olduğunu söyləyib və orqan bağışlamaq imkanında olan hər kəsi bu humanist addımı atmağa dəvət edib.

 

Qeyd edək ki, kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəsalma qabiliyyətini məhdudlaşdıran proqressiv, genetik xəstəlikdir. Onun əsas simptomlarına uşaqlıq dövründə keçirilən kəskin ağciyər xəstəlikləri və xroniki steatoreyaya səbəb olan mədəaltı vəzinin ekzokrin çatışmazlığı aid edilir. Kistik fibroz ilə əlaqəli qalın, yapışqan selik, tez-tez ağciyərlərə hava aparan yollara təsir edir və hava axınına maneə törədir. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır