Denqe qızdırmasına qarşı bakteriyalı ağcaqanad – TƏDQİQAT 
12.06.2021 13:05

Alimlər ağcaqanadlara Denqe virusunu yayma qabiliyyətini azaldan bakteriya yoluxduraraq, Denqe qızdırmasının qarşısını ala bildiklərini açıqlayıblar.  

 

Aztibb.az xəbər verir ki, alimlər bu təcrübəni İndoneziyanın Yoqyakarta şəhərində infeksiyanı yayan ağcaqanadlara qarşı mübarizə məqsədilə aparıblar.  

 

Təcrübədə virusun yayılma qabiliyyətini azaldan "Wolbachia" adlı bakteriyaya yoluxmuş ağcaqanadlardan istifadə edilib. 5 milyon ağcaqanad yumurtası həmin bakteriyaya yoluxdurulub.  

 

Tədqiqatın nəticələri “New England Journal of Medicine” jurnalında yayımlanıb.  

 

Tədqiqatçıların şəhərdə yoluxmuş ağcaqanad populyasiyasını yaratması 9 ay çəkib. Bakteriyalı ağcaqanadlar şəhərin müxtəlif bölgələrinə sərbəst buraxılıb.

 

Nəticədə qızdırmaya yoluxmada 77%, infeksiya ilə əlaqəli xəstəxanalara yerləşdirilən xəstələrin sayında isə 86% azalma müəyyən edilib.  

 

Tədqiqatçılar həmçinin bakteriyanın ağcaqanadlara zərər vermədiyini də vurğulayıblar.  

 

Qeyd edək ki, Denqe qızdırması hər il 400 milyon insana yoluxur. Xəstəliyi yaradan virus insanlara ağcaqanadlar vasitəsilə yoluxur. Bəzi hallarda ölümcül ola bilən xəstəlik yağışlı mövsümdə daha geniş yayılır. İnfeksiyanın sınıq sümük ağrısına bənzər simptomları olduğu üçün “sınıq sümük qızdırması” da adlanır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır