Burun qanaması zamanı TƏBİİ ÇARƏLƏR
04.06.2021 22:54

Burun qanaması zamanı əvvəlcə onun səbəbləri araşdırılmalıdır. Bir çox hallarda burun qanamaları orqanizm üçün faydalıdır və qanamalar bədənimizin müdafiə müqaviməti ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə paylaşım edib. O, burun qanamasının səbəblərini təqdim edib:


- Yüksək təzyiq zamanı burun qanaması. Bu zaman qanamaya müdaxilə etmək düzgün deyil.

- Alın cibində və haymor ciblərində iltihabın olması. Bu daha çox güclü soyuqdəymə nəticəsində əmələ gəlir. Bu zaman da burun qanamasının olması faydalıdır.

- Qanın çox qatı və ya çox duru olması. Maraqlıdır ki, qan çox qatı olanda da tez-tez burun qanaması ola bilər. Bu zaman burun ətraflarına alına boyuna zəli qoyulması effektlidir. Qan çox duru olan zaman burun qanamaları baş verdikdə qan tez-tez və çox uzun bir vaxtda dayanır. Adi qan laxtalanması analizində qanın qatılaşması və ya durulaşmasını biləndən sonra müalicəyə başlamaq lazımdır. Qan çox duru olanda quşəppəyi dəmləməsinin içilməsi və ya gündə 3 dolu çay qaşığı küncüt yeyilməsi faydalıdır.

- Bəzən daha çox uşaqlarda səbəbsiz burun qanamaları olur. Bu tip qanamalar tez-tez baş verdiyindən valideynləri narahat etməyə başlayır. Bəzən belə hallarda burunun qanama mərkəzini yandırırlar. Yandırma zamanı Argentium nitrat pambığa batırılıb buruna qoyulur. Bununla burun dəliklərindəki qanamaya səbəb olan kapilyarlar sıradan çıxarılır, başqa sözlə damarlar büzüşür. Bu üsul riskli üsuldur, çünki bundan sonra bədən özünü qorumaq üçün burun qanaması kimi müqavimətdən məhrum olur. Səbəbsiz və tez-tez burun qanaması zamanı alın və burnun üstünə soyuq əski qoymaq faydalıdır.

Həkim bildirib ki, nar qabığını təxminən 1 xörək qaşığı yarım stəkan suda qaynadıb ovuca alıb buruna çəkmək vəya pambığa batırıb buruna qoymaq faydalıdır. Pambıq parçanı yandırıb və ya adi siqaret külünü suya batırılmış pambığa töküb buruna qoymaq effektiv təsir göstərir. Başın ənsə nahiyyəsinə soyuq su vəya suya batırılmış əski qoymaq da faydalı üsullardandır.

 

Bununla yanaşı, F.Hüseynov əncir yarpağının burun qanamasını dayandırmaqda faydasından bəhs edib. Qeyd edib ki, əncir yarpağını qurudulub toz halına gətirib burun qanaması zamanı buruna bu tozun tökülməsi qanamanı dayandıracaq. 1 çay qaşığı sirkə, 2 xörək qaşığı su, 3 çimdik duz bir-birinə qarışdırıb qanama zamanı buruna damızdırılır və ya ovuca tökülüb buruna çəkilir. Burun qanamaları zamanı başı alın üstündən dairəvi istiqamətdə bağlamaq faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev