ÜST: Koronavirusun xüsusi narahatlıq doğuran 4 variantı müəyyənləşdirilir
02.06.2021 10:41

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun xüsusi narahatlıq doğuran dörd variantını müəyyənləşdirir.

 

Aztibb.az-ın məlumatına görə, bunu ÜST mütəxəssisi Maria van Kerkove brifinqdə Vyetnamda aşkar yeni koronavirus növü ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

O, bildirib ki, Vyetnamda yayılan sözügedən virus ÜST üçün artıq bilinən bir variantdır: “Ümumilikdə, bizim üçün koronavirusun xüsusilə maraq doğuran dörd variantı mövcuddur. Lakin bu variantlara qarşı müvafiq tədbirlər yaxşı işləyir. Eyni zamanda bütün ölkələrdən bir daha sayıq qalmalarını xahiş edirik”.

 

Van Kerkove əlavə edib ki, Vyetnamda təsbit edilən variantın insanlar arasında daha asan yayıldığı ÜST-ə məlumdur.

 

Qeyd edək ki, daha əvvəl Vyetnamın elm adamları hava yolu ilə asanlıqla, sürətlə yayılan, İngilis və Hindistan ştammlarının hibridi kimi xarakterizə edilən yeni koronavirus növü aşkar etdiklərini söyləmişdilər. Vyetnam səlahiyyətlilərinə görə, yeni növ, əsasən ölkənin şimalında - Bakzyanq və Bak Ninin əyalətlərində qeydə alınıb.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər