Sıfırıncı koronavirus xəstəsi aşkarlandı - AÇIQLAMA
31.05.2021 13:50

Uzun müddətdir ki, koronavirusun laboratoriyadan sızdığına dair iddialar müzakirə edilir. Virusun ilk rast gəlindiyi şəxsi tapmaqsa ağılasığmaz idi. Halbuki, tədqiqatçılar “sıfırıncı xəstə” adlandırılan şəxsi müəyyən etdiklərini açıqlayıblar.

 

Koronavirusa yoluxma zəncirinin itmiş halqası tapıldı

 

Aztibb.az xəbər verir ki, 2019-cu ildən həyatımıza girən koronavirus son günlərdə yenidən “laboratoriya sızması yoluxmaya səbəb oldu” iddiaları ilə gündəmdədir.

 

Dünyada 3,5 milyondan çox insanın həyatına son qoyan virusla bağlı İngiltərənin “Mirror” qəzetində yer alan yeni xəbərə görə, elm adamları koronavirusa tutulan ilk şəxs ola biləcək namizədi müəyyənləşdirə biliblər.

 

Bu şəxsin 61 yaşlı bir Çinli qadın olduğu bildirilib. Həmin şəxsdə xəstəliyin əlamətləri yoluxma halının rəsmi təsdiqlənməsindən bir neçə həftə əvvəl noyabr ayında aşkarlanıb.

 

Çin isə Dünya Səhiyyə Təşkilatına ən erkən başlanğıc yoluxma hadisəsinin 8 dekabr tarixində baş verdiyi barədə məlumat göndərmişdi.

 

Xəta səbəbindən deşifrə oldu

 

İngilis mediasında yer alan xəbərlərə görə, tədqiqatçılar “sıfırıncı xəstə”ni bilmədən buraxılan səhvdən sonra tapa biliblər. Həmin şəxsə aid məlumat Çin tibb jurnalına səhvən göndərilib.

 

Həmin şəxsin yaşadığı küçə Uhan şəhərində mərkəzi sınaq laboratoriyalarına və 11 milyonluq şəhər əhalisi arasında sürətli yoluxmaya şərait yaradan metro şəbəkəsinə çox yaxındır.

 

Buna baxmayaraq, sözügedən iddia nə tədqiqat qrupu, nə də Çin rəsmiləri tərəfindən qəbul edilməyib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib